Biznesin inkişafı və marketinq departamentinin direktoru

  • Bank BTB
  • Elanın qoyulma tarixi: 15.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Bankdaxili qaydalara uyğun müvafiq təsdiqdən sonra aidiyyəti strukturların istək və təklifləri əsasında yeni məhsulların yaradılmasını təşkil edir.
  • Bankın ictimaiyyətlə əlaqələrini qurur və idarə edir.
  • Bankın məhsul və xidmətlərinin təşviqat materiallarının strukturunu təşkil edir və mətnini aidiyyəti strukturlar ilə razılaşdıraraq hazırlayır.
  • Bankın reklam və təşviqat üzrə siyasətini, ona əlavə və dəyişikliklərin layihələri hazırlayır.
  • Bankın reklam və təşviqat üzrə layihələrini idarə edir.
  • Bankın broşurlarının və aidiyyəti departament tərəfindən hazırlanan illik hesabatının müvafiq media və bank daxili kanallarda yayınlanmasını təmin edir.
  • Bankın brend kitabını ehtiyac olduqda yaradır və onun yerinə yetirilməsi üzərində monitorinq aparır.
  • Ona birbaşa hesabatlı olan işçilərin vəzifə təlimatlarını və hədəflərini müəyyən edir, onlara təlim və məsləhət verir, fəaliyyətlərini qiymətləndirir.
  • Departamentin işini planlaşdırır və təşkil edir, bankdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən departamentə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır.
  • İdarə Heyətinin Sədrinin və sahə üzrə kuratorun ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə tələblər:

  • Ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
  • Ən azı 5 il marketinq sahəsində, 3 il isə rəhbər şəxs vəzifəsində iş təcrübəsi;
  • Rus və ya İngilis dillərini bilməsi arzu olunandır;
  • Ünsiyyətqurma bacarığı;
  • Analitik düşüncə;
  • Yaradıcılıq bacarığı.
  • Satış bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində ( Biznesin inkişafı və marketinq departamentinin direktoru) göstərməyiniz xahiş olunur. 

İşəgötürənin reytinqi