Büdcə və hesabatlılıq üzrə mütəxəssis

  • Xan
  • Elanın qoyulma tarixi: 11.12.2025

İşin təsviri

Əmək funksiyası:

  • Mühasibat məlumatlarının monitorinqi və təhlili, ümumi mühasibat strategiyasını həyata keçirmək və nəzarət etmək;
  • Mövcud təcrübə və prosedurları qiymətləndirmək, sistem və prosedurları təkmilləşdirmək və düzəldici tədbirlərə başlamaq üçün müvafiq mühasibat metodlarını, siyasətlərini və prinsiplərini yaratmaq və tətbiq etmək;
  • Rüblük və il sonu maliyyə nəzarəti fəaliyyətlərinə və illik korporativ maliyyə nəzarəti auditinə kömək;
  • Mühasibat uçotunun BMHS-a uyğunluğuna nəzarət prosedurlarını həyata keçirmək, habelə hesabat hazırlamaq üçün müxtəlif şöbələr üzrə hesabat tapşırıqları və son tarixləri müəyyənləşdirmək və icrasına nəzarət etmək;
  • Əməliyyat və analitik hesabatların aparılmasına kömək etmək və proqnozlaşdırılan büdcə xərclərini faktiki xərclərlə müqayisə etmək və proqnozlaşdırılan əməliyyat fəaliyyətini faktiki nəticələrlə müqayisə etmək üçün dövri hesabatlar hazırlamaq;
  • Maliyyə hesabatlarının dəqiq və vaxtında hazırlanmasına kömək etmək, aylıq maliyyə hesabatları və illik büdcələr, proqnozları hazırlamaq;
  • Ödənişlərin icra prosesinə nəzarət etmək;
  • Verilən digər tapşırıqları vaxtında və dəqiq icra etmək.
  • Şöbələr üzrə büdcələrin hazırlanması
  • İstehsal planına uyğun büdcənin hazırlanması və tədbiqinə nəzarət

Tələblər:

  • Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə üzrə təhsil);
  • Minimum 3 il Mühasibat, maliyyə, audit sahəsində təcrübə;
  • Vergi Məcəlləsi üzrə biliklər, Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər, vaxt idarəetmə bacarığı (planlaşdırma / prioritetləşdirmə), güclü problem həll etmə və komanda da işləmək qabiliyyətləri, güclü təşkilati bacarıqlar;
  • MS office proqramlarını, 1C yüksək səviyyədə bilməli;
  • Azərbaycan və ingilis dili səlis, rus dili arzuolunandır; 
  • İstehsalat sahəsində təcrübə arzuolunandır.

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Büdcə və hesabatlılıq üzrə mütəxəssis” yazıb