Daxili nəzarət və monitorinq şöbəsi mütəxəssisi

  • Xan
  • Elanın qoyulma tarixi: 16.04.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • Şirkətin debitor borclarının davamlı yoxlanılması və şəffaflığın təmin olunması;
  • Şirkət və şəxsi anbarlarda inventarizasiya zamanı iştirak etmək, zərurət yarandığı hallarda inventarizasiyanı təmin etmək və ya aparmaq;
  • Problemli faktura kəsrlərinin araşdırılması;
  • Şəxsi hesaba işlənən məbləğlərin düzgünlüyünün araşdırılması;
  • Stoklar üzrə yoxlanışlar (problemli qalıqlar);
  • Cari müştərilər üzrə yoxlanışlar;
  • Şirkətin region bazaları üzrə iş fəaliyyətinin yoxlanılması (Prosedur, iş axını, davamiyyət);
  • Təqdim olunan malların rəflərə düzgün yerləşdirilməsi ilə bağlı prosedurun, o cümlədən rəflərdə təmsil olunan məhsulların təmsilatının yoxlanılması (çeklist fəaliyyəti);
  • Mal qəbulu prosesinə  nəzarət, sifarişə uyğunluğu və mal qəbulu sənədlərinin araşdırılması

Tələblər:

  • Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
  • Şəxsi avtomaşının olması mütləqdir. 
  • Amortizasiya və yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.

İş şəraiti: 

  • İş yeri Bakı şəhərindədir
  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: NET 1200 AZN

Mövzü yerinə “Daxili nəzarət və monitorinq şöbəsi mütəxəssisi” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.