Alkoqollu içkilər üzrə texnoloq

  • Xan
  • Elanın qoyulma tarixi: 03.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əlaqə vasitələri:

Şəhər:    Göygöl şəhəri
E-mail:    [email protected]
Telefon:  022 205 22 34
Faks:      022 205 23 57

Alkoqollu içkilər üzrə texnoloq

Tələblər:

- Mütləq şəkildə Ali texnoloji təhsil;
- Mütləq şəkildə rus dilini bilmək (ingilis dilini bilməsi arzu olunandır);
- Alkoqollu və alkoqolsuz içkilərin istehsalı sahəsində təcrübəsi olan şəxslərə üstünlük verilir (Süd məhsulları sənayesində, pivə istehsalı sənayesində və 3 (üç) ildən az olmamaqla şərabçılıq sənayesində anoloji vəzifədə çalışmış namizədlər də müraciət edə bilər);
- İstehsalın texnoloji hazırlığı, standartlar və texniki şərtlər haqqında qanunvericilik və qaydalar haqqında biliklər;
- Texnoloji avadanlığın qəbul edilməsi, istismara verilməsi qaydalarının ardıcıllığı;
- Rəhbər xüsusiyyətləri, idarəçilik bacarığı, təşkilati bacarıq, ünsiyyət bacarığı, məntiqi düşüncə, məsuliyyət;
- Kompüter bilikləri (Word, Excel, 1C);
- İstehsalat sxemlərinin tərtib edilməsi bacarığı.

Vəzifələr:

- Alkoqollu içki istehsalına dair ümumi texnoloji işlər;
- Nəzarət edici orqanlarla işləmək;
- Məhsulların istehsalı sahəsində standartlarla işləmək;
- Yeni növ alkoqollu məhsulların hazırlanmasında həmçinin məhsulların istehsalında yeni texnologiyaların tətbiqi;
- Qüsurların səbəblərini analiz etmək, istehsal olunan məhsulun keyfiyyəti və qüsurların qarşısını almaq və aradan qaldırmaq üçün tədbirlər;
- Xammal, materiallar və hazır məhsullar üçün texnoloji tələblərin tətbiqi
- Məhsulların keyfiyyətinə və xammalın texnologiyaya uyğunluğuna nəzarəti;
- Alkoqollu içkilərin gündəlik dequstasiyası (alkoqollu içkilərin istehsalı və keyfiyyəti üçün zəruri tələb).

Şərtlər:

- İş rejimi: beş günlük iş həftəsi, saat 09:00-dan 18:00-dək
- Korporativ mobil rabitə ilə təmin olunur
- Əmək məcəlləsinə uyğun xüsusi geyim.
- İldə bir dəfə məzuniyyət
- Əmək haqqı razılaşma yolu ilə
- Fasilə zamanı korporativ nahar yeməyi

Əmək haqqı: razılaşma yolu ilə