İşin təsviri
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: 1000 – 1200 AZN
- İş yeri: “City Park Mall” (Babək pr, Ağ şəhər)
Vəzifə öhdəlikləri:
- Qəbul edilmiş ilkin sənədlərə əsasən maddi vəsaitlərin sistemə düzgün daxil edilməsini təmin etmək.
- Aktivlərin kateqoriyalar üzrə qruplaşdırılması, inventar nömrələrinin verilməsi və uçotda qeydiyyata alınması.
- Aktivlərin amortizasiya hesablamalarını izləmək və sistemdə müvafiq düzəlişləri aparmaq.
- Gündəlik mal-maddi dəyərlərin hərəkəti barədə məlumatları sistemdə qeydə almaq.
- Malların mədaxil/məxaric sənədlərini yoxlamaq, dəqiqliyini təsdiqləmək və arxivləşdirmək.
- Anbar qalıqlarına nəzarət etmək, uyğunsuzluq yarandıqda şöbə rəhbərini məlumatlandırmaq.
- Müntəzəm və növbədənkənar inventarizasiyalarda iştirak etmək.
- Sayım nəticələrinin sistemlə uzlaşdırılmasını təmin etmək.
- Uyğunsuzluqlar barədə aktlar tərtib etmək və müvafiq bölmələrə təqdim etmək.
- İşdən ayrılan əməkdaşlara təhkim olunmuş vəsaitləri yoxlayaraq təhvil almaq
Vəzifə ilə bağlı tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə)
- Müvafiq vəzifədə 2 ildən artq iş stajı (Ticarət mərkəzi sahəsində olması arzuolunandır);
- Əsas vəsaitlərin idarəolunması sahəsində minimum 1 il iş təcrübəsi;
- Yüksək səviyyədə 1 C 8.3 və ofis proqramları (xüsusilə Excel) biliyi;
- Komandada işləmə bacarığı;
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına "Maddi vəsaitlər üzrə Mütəxəssis" başlığı ilə göndərə bilər.