Xərclərə nəzarət üzrə mühasib

İşin təsviri

Vəzifə öhdəlikləriniz:

  • Xərclər üzrə trend analizi etmək və fərqləri araşdırmaq;
  • Müqayisəli təhlil və analitik hesabatların hazırlanmaq;
  • Xərclərin icra tarixlərinə uyğun olaraq aylar üzrə sistemdə düzgün əks etdirmək;
  • Sənədi vaxtında təqdim edilməmiş, lakin icra olunmuş fəaliyyət üzrə ehtiyat yaratmaq;
  • Xərclərin düzgün mühasibat uçotunu təşkil etmək və nəzarət etmək;
  • Xərclərin mühasibat uçotu ilə bağlı sənəd axışını təşkil etmək;
  • Şübhəli xərclərin aidiyyatı struktura araşdırmaq üçün yönləndirmək;
  • Carilərlə üzləşmələri koordinasiyalı şəkildə icrasına köməklik etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə/mühasibatlıq və ya iqtisadiyyat üzrə);
  • Xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində nəzəri biliklər; 
  • Sahə üzrə təcrübə mütləqdir, xüsusilə restoran sferasında (min 1 il);
  • MS Office proqramlarından istifadə (xüsusilə Excel);
  • 1C 8.3 və Robotpos proqramından istifadə bacarığı üstünlükdür (bilmirsə, öyrədirik);
  • Məntiqi və analitik düşünmə tərzi;
  • Qərarvermə bacarığı.

Əlavə təminatlar:

  • Nahar;
  • Korporativ nömrə.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Şənbə (Şənbə günü qısaldılmış iş günü);
  • İş yeri: Babək prospekti (City Park Mall).

Uyğun namizədlərdən mövzu hissəsində “Xərclərə nəzarət üzrə mühasib (Cost controller)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik. 

City Park Mall tərəfindən digər vakansiyalar