İşin təsviri
Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303
Son tarix: 18 sentyabr 2023
İşin təsviri:
- Hər zaman müstəsna qonaq xidmətlərini təmin etmək.
- Mehmanxana daxili və mehmanxanadan kənar ünsiyyət kanalları üçün həm qonaqlar, həm də işçi heyəti üçün effektiv ünsiyyətin qorunub-saxlanılmasına cavabdeh olmaq.
- Yerli və beynəlxalq zəngləri cəld, nəzakətlə və dəqiq birləşdirmək.
- Qonağın istəyi ilə səhər oyatma zəngini dəqiqliklə yerinə yetirmək.
- Qonaqlara, işçilərə və daxil olan zənglərə yüksək keyfiyyətli xidmət göstərmək və mehmanxana ilə bağlı eləcə də, şəhər-daxili və şəhər-ətrafı baş verənlər barədə geniş məlumat vermək.
- Qonaqlar və mehmanxana işçiləri üçün məlumatları qəbul etmə və lazımi qaydada, lazımi şəxslərə çatdırmaq.
- Qonaqların profil qeydlərini aparmaq, Növbə Meneceri, Gecə Meneceri və guestVoice sorğularındakı şikayətləri və təklifləri Opera sistemində qeyd etmək, şikayətlərə uyğun tapşırıqları yerinə yetirmək və bu məlumatları münasib şöbələrə ötürmək.
- VİP qonaqlar üçün meyvə, şirniyyat və salamlama məktublarını hazırlamaq, onları qonaq gəlişinə qədər otaqlarda yerləşdirmək.
- Nəqliyyat sifarişlərini qəbul etmək və sistemdə qeydiyyatlarını aparmaq.
- Qonaqların Marriott Bonvoy Mobil Çat və digər Ekstranet platformları üzrə mesajlarına gecikməsiz cavab vermək.
- Qonaqlara çıxışdan 1 gün öncə getmə zəngləri edib, razı qalmalarını təmin etmək, istəklərinə uyğun əməliyyatları yerinə yetirmək.
- Otelin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq.
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
Namizədə olan tələblər:
- Qonaqpərvərlik sahəsində iş təcrübəsi olması arzuolunandır;
- Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
- Azərbaycan, İngilis və Rus dillərində şifahi və yazılı ünsiyyət qabiliyyətinə malik olmaq;
- Komandada işləmək bacarığı, gülərüz, çevik, ünsiyyətcil olmaq;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Phone Operator” qeyd edərək CV-lərini 18.09.2023-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.