İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması
 
	- Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi
 
	- Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) müştəriyə dərhal məlumatın verilməsi
 
	- Mövcud müştərilərin daimi diqqətdə saxlanılması, onlara vaxtaşırı zənglərin edilməsi yaranan problemlərin aradan qaldırılması üçün müvafiq bölmələrin məlumatlandırılması;
 
	- Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı gedişatların sistemdə işlənilməsi
 
Tələblər:
	- İş təcrübəsi - 1 ildən çox olmalı
 
	- Dil biliyi- Azərbaycan dilində, Rus dilində səlis danışıq qabiliyyət
 
	- Gülərüz, ünsiyyətcil olmalı
 
	- Stressə dözümlü olmalı 
 
	- Müştərilərlə mehriban davranmalı
 
	- Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirməli
 
Özünə güvənən gənclər buyurub müraciət edə bilər.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini mail ünvanına mövzu hissəsinə “Çağrı mərkəzi operatoru” qeyd edərək göndərmələri xahiş olunur.