Müştəri xidmətləri şöbəsinin mütəxəssisi

  • Bank BTB
  • Elanın qoyulma tarixi: 18.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Bank “BTB” ASC-nin mövcud tariflərinə əsasən bütün növ bank məhsul və xidmətlərinin satışını təşkil etmək;
  • Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
  • Fiziki şəxslərin istəyi üzrə müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabları müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatlar aparmaq və onları bağlamaq;
  • Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
  • Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
  • Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank Kartları şöbəsinə təqdim etmək;
  • Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
  • Mövcud ödəniş və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.

Namizədə tələblər:

  • Vahid komandada işləmək qabiliyyəti;
  • Bank sahəsində Müştəri xidmətləri istiqaməti üzrə min. 1 il iş təcrübəsi;
  • Azərbaycan, rus dillərini bilmək;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı, Progress Bank əməliyyat sistemini bilən namizədlərə üstünlük verilir;
  • Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.
  • Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
  • Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi