İnsan resursları əməliyyatları üzrə aparıcı mütəxəssis

İşin təsviri

İşçiyə qoyulan tələblər:

  • Komanda ilə işləmə bacarığı olmalı;
  • Məsuliyyətli və işində dəqiq olmalı;
  • Mükəmməl Əmək Məcəlləsi bilikləri olmalı;
  • Təhsil: Ali (idarəetmə, hüquq və ya uyğun sahələr)
  • İş təcrübəsi: müvafiq sahə üzrə 5 ildən çox;
  • Dil biliyi : Azərbaycan dili sərbəst (ingilis dili və ya rus dili üstünlükdür)

Vəzifə öhdəlikləri:

  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) vaxtında daxil edilməsi;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və saxlanılmasının təmin edilməsi;
  • İşə qəbul edilən işçilərin müqavilələrinin , şəxsi işlərinin hazırlanması və vaxtında imzaladılması;
  • Əmək haqqı kart sifarişinin verilməsi;
  • İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsi;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
  • Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotununun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadəsinə nəzarət edilməsi, içilərə illik məzuniyyətlərin verilməsi;
  • Əmək müqaviləsi və əmək kitabçası uçotu jurnalının tərtib edilməsi;
  • İşçilərin işdən çıxış prosesinin Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət edilməklə aparılması;
  • Miqrasiya sənədlərinin hazırlanması, iş və yaşama icazələrinin alınması;
  • Aylıq tabellərin hazırlanması və təsdiqlənməsi;
  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.

İş şərtləri:

  • Stabil iş
  • Icbari sığorta
  • Əmək haqqı: Razılıq əsasında

İş vaxtı: 

  • Həftə içi: 10.00 – 18.00
  • Şənbə günü: 10.00 - 13:00

Maraqlananlar öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində “İnsan Resursları Əməliyyatları üzrə Aparıcı mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bioloji Təbabət Klinikası tərəfindən digər vakansiyalar