Marketinq koordinatoru

İşin təsviri

 Vəzifə funksiyaları: 

  • Strateji marketinq təşəbbüslərini və fəaliyyətlərini inkişaf etdirmək
  • Çap, yayım və onlayn məzmunu əhatə edən marketinq planlarını təmin etmək
  • Brendli reklam kampaniyaları yaratmaq, məzmunu koordinasiya edərək və birləşdirərək marketinq və dizayn qruplarına dəstək olmaq
  • Marketinq kampaniyaları və onlayn fəaliyyətləri izləmək
  • Marketinq imkanlarını müəyyən etmək və medianın əhatə dairəsini müzakirə etmək üçün bazar araşdırması aparmaq
  • Daxili kommunikasiya sistemlərini idarə etmək
  • Bütün media vasitələri ilə təşkilatın ümumi brendini yaratmaq, qorumaq, gücləndirmək, reklam səylərini müvafiq kanallara köçürmək
  • Sosial media planını hazırlamaq və idarə etmək
  • Media şirkətləri, influenser marketinq əməkdaşları və s. ilə danışıqlar aparmaq
  • Marketinq strukturuna qoyulan KPI-ların əldə edilməsinin və quraşdırma hədəflərinin şirkətin planlaşdırma və büdcəsinə uyğun olmasını təmin etmək
  • Brendlərin yerli bazarda mövcudluğunun davamlı təkmilləşdirilməsini təmin etmək üçün strateji Brend Tərəfdaş əlaqələrini inkişaf etdirmək və saxlamaq, müqavilə münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişafında iştirak etmək
  • Brendlərin şirkətin illik Ticarət Təqvimlərini yaratmaq və qurmaq üçün tələb olunan məlumatların çatdırmasını təmin etmək
  • Ümumi biznes strategiyasına və illik marketinq büdcəsinin hazırlanmasına töhfə vermək
  • Beynəlxalq və yerli bazar tendensiyalarını, istehlakçı baxışlarını və ehtiyaclarını təhlil etmək və bunun əsasında mövsümi və illik proqnozlar hazırlamaq
  • CRM proqramının yaradılması və həyata keçirilməsi
  • Öz mağazalarına həftəlik/aylıq bazar səfərləri, eləcə də rəqiblərin fəaliyyətinin monitorinqi və hesabatı
  • Bazarın tendensiyalarından xəbərdar olmaq üçün tədbirlərdə, yarmarkalarda və sərgilərdə iştirak etmək
  • Vəzifə fəaliyyətindən irəli gələn məsələlər barədə birbaşa rəhbərinə baxılması üçün təkliflər vermək

Namizədə tələblər: 

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
  • MS Office proqramlarından sərbəst şəkildə istifadə bacarıqları;
  • Komanda ilə işləmək bacarığı, əməkdaşlıq qabiliyyəti,Peşəkar səviyyədə yazılı və şifahi effektiv ünsiyyət,çeviklik, yüksək intellektual səviyyə, kreativlik, inkişafa meyillilik;
  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti
  • Azərbaycan və İngilis dilləri sərbəst, Rus dili biliyi orta səviyyədə

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Marketinq koordinatoru” qeyd edərək mail ünvanına yönləndirə bilərlər.