Veysəloğlu-Rossmann


Pərakəndə, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupu 2022-ci ildə yeni bir xətt üzrə müştərilərinə məhsullar təqdim etməyə başlayıb. “Veysəloğlu-Rossmann” şirkətini yaradan Qrup ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir.

Hazırda “Rossmann” mağazalarında iki növ məhsul təqdim edilir: 1) Məhdud sayda Nivea və Ariel kimi bazarda mövcud olan qlobal markaların məhsulları – bu məhsulların qiyməti bazardakı qiymətlə eynidir; 2) Məhz “Rossmann” mağazaları üçün tərəfdaş alman markalarının istehsal etdiyi məhsullar – bu məhsullar da münasib qiymətə geniş çeşiddə gözəllik və qulluq məhsulları, uşaqlar üçün qulluq məhsulları, ev-təmizlik məhsulları, orqanik qida məhsulları, gigiyena məhsulları, dəftərxana ləvazimatları, oyuncaqlar, bəzək əşyaları, hədiyyələr və s.-dir. Mağazaların təqdim etdiyi məhsul çeşidi və rahat alış-veriş təcrübəsi, yəni eyni anda, eyni məkanda bir sıra məhsulları əldə etmək imkanı hər kəs üçün göydəndüşmə fürsət ola bilər. Əvvəllər yalnız xaricdən ala bildikləri məhsullar müştərilər üçün indi daha əlçatandır.

“Rossmann” brendli mağazalar hazırda Bakıda “İnşaatçılar” metrostansiyasının yaxınlığında və Bakı Dövlət Universitetinin yaxınlığında yerləşir. Hazırda bu mağazalarda 8000-nə yaxın məhsul çeşidi var.

“Rossmann” şirkəti 1972-ci ildə Almaniyada Dirk Rossmann tərəfindən qurulub. Bu gün şirkətin Almaniya, Polşa, Macarıstan, Çexiya, İspaniya, Albaniya və Türkiyədə 4300-dən çox mağazası fəaliyyət göstərir. Markanın əsasında sağlamlıq və şəxsi qulluq məhsullarını birlikdə təklif edən pərakəndə satış konsepsiyası dayanır. Qlobal brendlərin məhsullarını sərfəli qiymətlərlə müştərilərə təqdim etmək markanın əsas prinsiplərindən biridir.

“Rossmann” öz məhsullarını heyvanlar üzərində sınamayan markalardandır və heyvanlara zərər verən istənilən davranışı doğru hesab etmir. Brendin məhsulları yalnız dermatoloji olaraq, könüllülər üzərində sınaqdan keçirilir.

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?