İşin təsviri
Vəzifə öhdəlikləri:
- Təqdim edilən ödəniş sənədinə əsasən nağdsız hesablaşma əməliyyatlarının həyata keçirilməsi və sistemə tanıdılması.
- Nağdsız hesablaşmalar haqqında qanunun tələblərinə əsasən kassa məxaric limitlərinin izləmədə saxlanması, uçot sənədlərinin düzgün tərtib olunması (mədaxil orderlərin)
- Təhkimçiliyində olan cari hesabları nəzarətdə saxlamaq
- Bank kreditlərin alınması üçün, mərkəz struktur və banklarla əlaqəli sənədləşmə prosesinin aparılması. Kredit uçotunun təşkili, reysterin hazırlanması. Vaxtı çatan kreditlərə nəzarət və pul təminatının saxlanmasını icra etmək
- Aylıq hesabatların vaxtında təmin olunması, sistemsal ayın bağlanması ilə bağlı əməliyyatların işlənməsi və uyğunluğuna nəzarət
- Öz iş fəaliyyəti ilə bağlı rəhbərlik tərəfdən verilən tapşırıqların icra edilməsi
- İş fəaliyyəti ilə bağlı sənəd nümunələrini, prosesə uyğun şəkildə qruplaşdırmaq, səliqəli şəkildə qovluqlara yığmaq, reysterdə uçotunu aparmaq və arxivləşdirmək.
Namizədə tələblər:
- Ali təhsil(Maliyyə, mühasibatlılıq)
- Maliyyə və mühasibatlıq sahəsi üzrə minimum 1 il iş təcrübəsi.
- Xarici dil biliyi: Azərbaycan dili. Rus və ingilis dili arzu olunandır
- Ofis proqramlarında işləmək bacarığı
- Analitik düşüncə, Komandada işləmək bacarığı.
- Mühasibatlıq sahəsi üzrə proqram (Logo Tiger)
- MS Excel biliyi
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Tibbi sığorta
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Pul Vəsaitləri üzrə Mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] ünvanına göndərə bilərlər