Call center operator

İşin təsviri

Namizədə olan tələblər: 

  • Çağrı mərkəzi, müştəri xidmətləri və ya satış sahəsində ən az 1 il iş təcrübəsi mütləqdir; 
  • Müştərilərlə əlaqələrin idarə edilməsi və satış sahəsində sertifikat üstünlükdür;
  • Azərbaycan və rus dillərində səlis danışığa malik olmalıdır.
  • Növbəli iş rejiminə hazır olmalıdır (gecə növbəsi yoxdur). 

Vəzifə öhdəlikləri:  

  • Müştəri müraciətlərini cavablandırır, lazımi məlumatları təqdim edir,lazımi təqdirdə müraciətləri müvafiq struktur bölməyə yönləndirir; 
  • Satış ilə bağlı müraciətləri prosedurlara uyğun emal edərək, satış şəbəkəsinə ötürür;
  • Sorğuların keçirilməsində iştirak edir;
  • Müştəri Xidmətlərinə daxil olan zəngləri, sosial media, messengerlər və s. kanallar vasitəsilə daxil olan müraciətləri CRM üzrə müvafiq prosedura, o cümlədən danışıq skriptlərinə uyğun şəkildə cavablandırır;
  • Müştərilərə məhsul və xidmətlər, eyni zamanda mövcud kampaniyalar haqqında düzgün və dolğun məlumat verir, məhsul və xidmətlərlə bağlı mütəxəssis dəstəyinə ehtiyac olduqda müştəriləri müvafiq qaydada yönləndirir;
  • Daxili CRM sistemində yaradılmış müraciət və əməliyyatlar üzrə məlumatları dəqiq və düzgün qeyd etməli, vaxtlı-vaxtında və düzgün şəxslərə yönləndirməlidir;
  • İcra etdiyi faliyyətlərin, fəaliyyət üzrə vacib məqamların və mərhələlərin, eləcə də nəticələrin vaxtlı-vaxtında şirkətdaxili tapşırıqların idarə edilməsi sistemində əks olunmasını, rəsmi anlaşmalara müvafiq şəkildə vaxtların qeyd olunmasını və birbaşa rəhbəri tərəfindən izlənilməsini təmin edir.

İş şərtlərimiz:

  • Əmək haqqı: 500 – 600 AZN;
  • İş qrafiki : Növbəli.

Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Call center operator” yazaraq göndərmələri xahiş olunur.