Hüquqşünas

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dili səlis;
  • Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi(prokurorluq, vəkillik, istintaq orqanları və s.);
  • Məhkəmə və ibtidai istintaqda işləmə təcrübəsi;
  • Cinayət hüququ və cinayət-prosessual hüquq sahəsində ixtisaslaşma;
  • Ezamiyyətlərə hazır olmalı;
  • Sürücülük vəsiqəsi;
  • Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli.

Vəzifə öhdəlikləri:

  • Məhkəmə və ibtidai istintaq prsoseslərində cəmiyyəti təmsil etmək;
  • İddia ərizələrini və digər hüquqi sənədləri hazırlanması;
  • Müqavilələrin hazırlanması, hüquqi ekspertizasının keçirilməsi;
  • Məhkəmə qərarlarının icrasının təmin edilməsi;
  • Rəhbərliyin verdiyi tapşırıqların düzgün və vaxtında əməl edilməsi;
  • Qanunvericiliyin tələblərinə əsasən şirkətin hüquqi işlərinin aparılması;
  • Şirkətin maraqlarını məhkəmə,prokurorluq,hüquq mühafizə və digər orqanların qarşısında təmsil edilməsi;
  • Şirkətin fəaliyyəti ilə bağlı hüquqi məsələlərə yazılı və şifahi münasibətlər bildirmək,məsləhət və tövsiyələr vermək,şirkətin işçilərinə cari qanunvericilik haqqında məsləhətlərin verilməsi;
  • Sənədlərin istinaq üçün hazırlanması, göndərilməsi, ibtidai araşdırmada təmsilçilik;
  • Rəhbərliyin verdiyi tapşırıqların vaxtlı-vaxtında yerinə yetirilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq Müraciət Et dyüməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Aqrar İnnovasiya və Təchizat Şirkəti tərəfindən digər vakansiyalar