İşlənmə və geologiya şöbəsinin İşlənmə üzrə mühəndisi

  • SOCAR-Ümid MMC
  • Elanın qoyulma tarixi: 17.06.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşlənmə və geologiya şöbəsinin İşlənmə üzrə mühəndisinin

VƏZİFƏ TƏLİMATI

1. Vəzifə öhdəlikləri:

• Yatağın müxtəlif hasilat profillərini, işlənmə sxemlərini hazırlayır və optimal işlənmə layihəsinin seçilməsində iştirak edir
• Yatağın hidrodinamik modelləşdirmə strategiyasının yaradılmasını təmin edir
• Lay simulyasiya işlərinə aid məlumat analizində, modelin hazırlanmasında, tarixin bərpasında və hasilatın proqnozlaşdırılmasında  iştirak və rəhbərlik edir
• Xüsusi hidrodinamik modelləşdirmə üsulları ilə mürəkkəb lay problemlərini və qeyri müəyyənliklərinin aradan qaldırılmasını yerinə yetirir
• Laya əlavə təsir üsullarının seçilməsində və tətbiqində iştirak edir
• Geoloji tədbirləri və qazmadan istismara daxil olan quyular üzrə aylıq və illik hesabatları tərtib və təhlil edir;
• Yataqlardan neft, qaz və su hasilatlarına dair məlumatların toplanmasını və hasil ediləcək illik qaz-kondensatının normalarına baxılmasını təşkil edir;
• Yataqların işlənməsinin texnoloji göstəricilərinin rüblük və illik hesabatlarını tərtib edir;
• Qaz-kondensatının hasilatı, yatağın qazılıb genişləndirilməsi, qaz yataqlarının kəşfiyyatının başa çatdırılması üzrə cari və perspektiv planların işlənməsində iştirak edir;
• Quyuların təmirinin cari və perspektiv planların, quyuların təmirinə sifarişlərin tərtib olunması üçün materiallar hazırlayır;
• Qaz-kondensat yataqlarının işlənmə vəziyyətinə nəzarət edir, yataqların işlənməsinin dövrü təhlilini aparır;
• Qaz hasilatı, quyuların qazılması, geofiziki və hidrodinamiki tədqiqatlar üzrə daxil olan məlumatlar əsasında ilkin sənədləşməni aparır;
• Tədqiqat işlərinin yerinə yetirilmə keyfiyyəti və həcminə, əsaslı təmirə, qaz və vurucu quyularda texnoloji iş rejiminə operativ nəzarəti həyata keçirir;
• Yataqların işlənməsinin, onların kəşfiyyatının təkmilləşdirilməsi üzrə təkliflər işləyir;
• Geoloji materialların təyin olunmuş qaydada uçotu, saxlanması və çoxaldılmasını təşkil edir;
• Quyularda və laylarda aparılmış mədən-geofiziki tədqiqatların qeydiyyatını aparır;
• Qazımadan qurtarmış quyuların məlumatlarını təhlil edir, kataloqa və işlənmə       xəritəsinə qeyd edir;
• Quyuların sınanması məlumatlarını karotaj diaqramına qeyd edir;
• Rəhbərliyin sorğusu üzrə sənədləri hazırlayır;
• Şöbənin səlahiyyəti daxilində müşavirə, seminar və konfranslarda iştirak edir;
•  Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə normalarına riayət edir;

2. Bilməlidir:

•  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya sahəsi üzrə əmr, qərar və sərəncamlarını, geoloji-istehsalat fəaliyyətinə dair metodik, normativ və digər rəhbər materialları;
• yatağın hidrodinamik və quyu modelləşdirilməsini;
• ümumi yatağın geoloji (statik) modelləşdirilməsini;
• ECLİPSE, VİP NEXUS və ya TEMPEST lay simulyator paketlərinin hər hansı birində işləməyi;
• PETREL, RMS və ya GOCAD geoloji modelləşdirilmə paketlərindən hər hansı birindən istifadəni;
• neft və qaz olan rayon və yatağın geologiyasını, neft və qaz yataqlarının işlənmə qaydalarını;
• hasil edilən xammal növünə sənaye tələblərini; quyuların mövcud mədən və geofiziki tədqiqat metodlarını;
• yataqların işlənməsinin layihələşdirilməsi və təhlili metodlarını;
• quyuların qazılması və istismarı üsullarını;
• layların neftveriminin artırılması prinsip və metodlarını;
• quyuların qazılması, cari və əsaslı təmiri texnologiyasının əsaslarını;
• qrafiki, geoloji sənədləşmənin qurulması və karotaj materialının emalının prinsip və metodlarını;
• geoloji tədbirləri, yataqlar və horizontlar üzrə qaz amilini, neft və qaz hasilatlarını, quyular fonduna dair düzgün məlumatların vaxtında toplanmasını;
• yataqların işlənməsinin texnoloji göstəricilərinin rüblük və illik uçotunun tərtib edilməsini;
• istismar məlumatlarını təhlil edib və ümumiləşdirməyi və onun təkmilləşdirilməsi üçün tədbirlər hazırlamağı;
• işlənmədə olan yataqların işlənməsinin cari vəziyyətinə dair arayışları hazırlamağı;
• məlumatların vaxtında və dürüst verilməsini təmin etməyi;
• kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrini;
• kargüzarlıq, sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;
• əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

[email protected]