Mağaza Meneceri

İşin təsviri

Tələblər:

  • Minimum 3 il pərakəndə satış sahəsində menecer vəzifəsində təcrübə;
  • Güclü komanda idarəetmə və satış bacarıqları;
  • Məsuliyyətli, operativ və təşəbbüskar olmalıdır;
  • Təchizat, sifariş və stok idarəetməsi üzrə təcrübə;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dili üstünlükdür);
  • Səyahət etməyə açıq və sərgilərdə iştirak etməyə hazır olmalıdır (lokal və beynəlxalq səfərlər mümkündür).

Vəzifə öhdəlikləri:

  • Mağazanın gündəlik fəaliyyətinə nəzarət etmək;
  • Satış planlarını yerinə yetirmək və satışların artımını təmin etmək;
  • Malların sifarişini vermək, təchizatçılarla əlaqə saxlamaq və məhsulun vaxtında çatdırılmasını təmin etmək;
  • Stok səviyyəsini izləmək və çatışmazlıqları vaxtında aradan qaldırmaq;
  • Mağaza əməkdaşlarını idarə etmək və onların iş qrafikini tənzimləmək;
  • Müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Mağaza interyerinin və məhsul düzülüşünün “Skandinaviya Evi” standartlarına uyğun olmasına nəzarət etmək;
  • Yeni B2B (biznesdən-biznesə) və B2C (biznesdən-müştəriyə) satış kanallarını qurmaq və inkişaf etdirmək;
  • Korporativ və fərdi müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələri yaratmaq;
  • Sərgilərdə və tədbirlərdə “Skandinaviya Evi”ni peşəkar şəkildə təmsil etmək.

Müraciət:

Müraciətinizi Müraciət Et düyməsində göstərilən elektron poçt üzərindən göndərə bilərsiniz. Zəhmət olmasa mövzu sətrində “Mağaza Meneceri – Skandinaviya Evi” qeyd edin.

Skandinaviya evi tərəfindən digər vakansiyalar