Skandinaviya evi


"Skandinaviya evi" mağazalar şəbəkəsi Avropanın aparıcı ölkələri olan Almaniya, İtaliya, Fransa, İspaniya, Polşa və Danimarkadan mebel və ev aksessuarlarının əsas tədarükçüsüdür.
Şirkətimiz Avropanın aparıcı istehsalçıları ilə daim əməkdaşlıq edib, istehsalın son nəiliyyətlərini təqdim edərək, mebel və ev aksessuarları bazarında 2006-cı ildən fəaliyyət göstərir.

"Skandinaviya evi" mağazalar şəbəkəsi sadəcə mebel və ev aksessuarları demək deyil, o həm də Sizin həyat və ev şəraitinizi istədiyiniz kimi qurmağa imkan verir.

Yaranma tarixindən etibarən "Skandinaviya evi" Avropanın məşhur, aparıcı və müntəzəm inkişaf edən mebel və ev aksessuarları istehsalçıları ilə birbaşa əlaqələr saxlayır. Mütəmadi olaraq  şirkətimizin nümayəndələri Avropa paytaxtlarında keçirilən sərgiləri ziyarət edir və oranı bəzəyən,    məşhur brendlərlə sazişlər imzalayır. Bu əlaqələr sayəsində biz alıcılarımıza tez bir zamanda sərfəli  qiymətə, geniş çeşidli mebel və məişətimizdə hər bir ehtiyacı ödəmək üçün istifadə edilən aksessuarlar təqdim edirik.


Skandinaviya Evi fərqlənməyi sevərək, şəhərimizdə ən çətin tapılan və ən unikal olaraq sevilən məhsulları öz rəflərində sevimli alıcıları üçün nümayiş etdirməkdən həmişə qurur duyur.

Özünəməxsus tərzini 2006-cı ildən etibarən qoruyub saxlayan brendimiz yüksək keyfiyyətli yataq dəsti istehsal edən ARCTİC və Mora Textile, mebel və divan dəstlərində Danimarkanın qabaqcıl brendi sayılan Innovation Living, Almaniyanın Wimex, Polşanın Poldem brendləri kimi böyük şirkətlərlə xüsusi olaraq əməkdaşlıq edir.

Qab-qacaq və dekor əşyaları dedikdə isə İtalyanın bir çox sevilən brendlərindən Ballarini, Vidivi Vetri delle Venezie, Tognana, Bormioli Rocco, Snips, Pintinox məhsulları, Almaniyanın Emsa, Kela, Westmark, ASA Selections kimi keyfiyyətli məhsulları mağazalarımızda müştərilərimizə təqdim edilir.

 

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?