İşin təsviri
Vəzifə öhdəlikləri:
- Elektronika məhsullarının (Smartfon, TV, kompüter, məişət texnikası və s.) korporativ satışını təşkil etmək
- Yeni müştəri bazası formalaşdırmaq və mövcud müştərilərlə əlaqələri inkişaf etdirmək
- Satış planlarını hazırlamaq və icrasına nəzarət etmək
- Bazar araşdırmaları aparmaq, rəqib təhlili etmək
- Kommersiya təklifləri hazırlamaq və müqavilə proseslərini izləmək
- Aylıq satış hesabatlarını rəhbərliyə təqdim etmək
Namizədə Tələblər:
- Elektronika sahəsində minimum 2 il satış təcrübəsi
- Korporativ satış üzrə iş təcrübəsi üstünlükdür
- Ali təhsil (iqtisadiyyat, idarəetmə və ya texniki sahələr üzrə arzuolunandır)
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- MS Office və CRM proqramları ilə işləmə bacarığı
- Azərbaycan dili sərbəst, rus dili arzuolunandır
Təklif edirik:
- Rəqabətli əməkhaqqı və satışa görə bonuslar
- Peşəkar və gənc komanda
- Karyera yüksəlişi imkanı
- Korporativ mobil nömrə və digər iş şəraiti
Müraciət üçün CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Korporativ Satış Meneceri" başlığı ilə göndərin.