Şəxsi köməkçi

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Rəhbərin gündəlik iş qrafikinin planlaşdırılması və koordinasiyası
  • Görüşlərin, iclasların və səfərlərin təşkili, vaxt və məkan üzrə uyğunlaşdırılması
  • Telefon zənglərinin, elektron məktubların və yazışmaların idarə olunması
  • Daxil olan və çıxan sənədlərin hazırlanması, qeydiyyatı və nəzarətdə saxlanılması
  • Rəhbərlik üçün hesabatların, təqdimatların və rəsmi yazıların hazırlanması
  • Daxili şöbələr və xarici tərəfdaşlarla operativ əlaqənin təmin edilməsi
  • Məlumatların məxfiliyinin qorunması və etik qaydalara riayət edilməsi
  • Rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icrasının təmin olunması
  • İclas protokollarının hazırlanması və icrasına nəzarət
  • Ofis daxili inzibati proseslərdə dəstək göstərilməsi

Vəzifə üzrə tələblər:

  • Ali təhsil 
  • Bu sahədə təcrübə: 3 il +
  • Ofis texnikası ilə işləmə bacarığı və yüksək səviyyədə kompyuter bilikləri mütləqdir (microsoft office  və s.)
  • Proqram təminatı istifadə bacarığı (Zoom; MSOutlook və s).
  • İngilis dili  və Rus dili biliyi (əla), Azərbaycan dili (yaxşı) səviyyədə olmalı
  • Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı
  • Operativlik, diqqətlilik və məsuliyyətlilik
  • Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət
  • Stressə davamlılıq və eyni vaxtda bir neçə tapşırığın icrası bacarığı
  • Güclü ünsiyyət və koordinasiya qabiliyyəti
  • Səliqəli görünüş və peşəkar davranış

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə
  • Əmək haqqı: Müsahibə əsaəsnda müəyyən edilir
  • İş saatı : 09.30-18.00
  • İş qrafiki: Həftə içi 5 gün
  • Mobil nömrə şirkət tərədindən təmin edilir

Müraciət etmək istəyən namizədlərdən CV-ni Müraciət Et düyməsində göstərilən email ünvanına göndərməkləri  xahiş olunur.Vakansiyanın şərtlərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcəklər.