Direktor köməkçisi

İşin təsviri

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

  • Daxil olan telefon zənglərinə cavab vermək
    Direktorun gündəlik tapşırıqlarının yerinə yetirilməsi
  • Müdriyyət və gələn qonaqların qəbulu, qarşılanması və çay/kofe verilməsi
  • Prosedur/ administrativ sistemlərin həyata keçirilməsi və idarə edilməsi
  • Müxtəlif məktubların və hesabatların hazırlanması
  • İşgüzar görüşlərin və iclasların təşkili
  • Kargüzarlıq işinin təşkili
  • Verilən tapşırıqların icrası və bu barədə hesabat verilməsi
  • Məlumatın təyinatı üzrə ötürülməsi

Vakant vəzifə üzrə tələblər:

  • Yaş həddi: 27-dən yuxarı 
  • Ali təhsil
  • Ən azı 3 illik iş təcrübəsi
  • Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yüksək səviyyəli şifahi və yazılı nitq bacarığı
  • Dəqiq və sürətli işləmə bacarığı 

İş şəraiti:

  • İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • Şənbə və bazar istirahət;
  • Nahar fasiləsi: 13:00 – 14:00;

Sizə nə təklif edirik?

  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
  • Karyera və inkişaf perspektivləri; 
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.

Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21