“BOA Agentliyi” MMC 2011-ci ildə hüquqşünaslıq və maliyyə sahəsinin mütəxəssisləri tərəfindən yaradılıb.
Bizim şirkətin əsas fəaliyyət istiqaməti bütün növ aktivlərin, passivlərin və eləcə də kredit borcların qaytarılması üzrə tam xidmət kompleksinin təşkilidir.
Görülən işlərin kompleksinə məhkəməyə qədər olan borcun qaytarılması mərhələsi ilə yanaşı , eləcə də məhkəmə qərarının icrası mərhələsi daxildir.
Öz işində “BOA Agentliyi” MMC vaxtı keçmiş borcların qaytarılması üzrə öndəgedən metod və üsullardan, eləcə də xüsusi hazırlnamış, bir sıra üstünlüklərə malik olan – hazırki vəziyyətin təhlilini, texnoloji və innovasiyalı qərarların qəbul edilməsini, borclularla iş zamanı səmərəlik və operativliyi təmin edən proqram dəstəyindən ( PDS ) istifadə edir.
“BOA Agentliyi” MMC məxfiliyə hazırki qanunvericiliklə həmçinin işgüzar nüfuzu ilə zəmanət verir.
Şirkətimizin əməkdaşları maliyyə, hüquq və iqtisadi təhlükəsizlik sahəsində zəngin peşəkar təcrübəyə malikdirlər.
“BOA Agentliyi” MMC müxtəlif növ aktiv və passivlərlə iş təcrübəsinə malikdir və 2 növ portfel üzrə xidmət təklif edir: