Daxili yanma mühərrikləri üzrə mexanik

  • SOCAR-Ümid MMC
  • Elanın qoyulma tarixi: 25.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Daxili yanma mühərrikləri üzrə mexanik

Vəzifə təlimatı.
 
-         Daxiliyanma Mühərriklərinə Mexanika xidmətlərinin avadanlıqlarının fasiləsiz və texniki cəhətdən düzgün istismarını, etibarlı işini və  onların saz vəziyyətdə saxlanılmasının təşkilini  təmin edir;
-         Daxiliyanma Mühərriklərinin Tələb olan çeşidlər üzrə yağ və sürtkü materiallarının normalara uyğun təklif və illik tələbat hesabatını hazırlayır;
-         İllik bölgü əsasında struktur təşkilatlarda sürtgü yağlarının istifadəsinə nəzarət edir, aylıq məlumatı struktur təşkilatlardan vaxtlı-vaxtında alır və İstehsalat üzrə işlənməsinin hesabatını hazırlayır;
-         Yanacaqların və sürtgü yağlarının düzgün saxlanılması, qorunması və  istifadə edilməsi üçün təhlükəsizlik şərtlərinə əməl olunmasını tələb edir;
-         Daxiliyanma Mühərriklərinində avadanlıqlarının istismarı zamanı baş vermiş qəzaların tədqiq edilməsində iştirak edir və texniki tədbirlər hazırlayır;
-         Mənəvi köhnəlmiş avadanlıqların əvəz edilməsi ilə əlaqədar məsələlərin qaldırılmasında  və icrasında iştirak edir;
-         Yararsız və amortizasiya vaxtı qurtarmış avadanlıqların silinmə sənədlərinin düzgün tərtib olunmasına nəzarət edir;
-         Silinməyə aid olan avadanlıqları yerində yoxlayır və şöbə rəisinə avadanlığın vəziyyəti haqqında hesabat verir;
-         Daxiliyanma Mühərriklərində avadanlıqlarının düzgün saxlanılması və istismar məsələləri ilə təşkilatların fəaliyyətinə metodiki və texniki rəhbərliyi həyata keçirir;
-          “SOCAR-ÜMİD” MMC-nin arasında artıq və ya lazım olmayan avadanlıqları yenidən bölüşdürmək üzrə təkliflər hazırlayır;
-         Neft-mədən avadanlıqlarının illik ehtiyac hesabatının düzgün hazırlanmasına və il ərzində onların hərəkət  üçotunun aparılmasına nəzarət edir;
-         Neft-mədən avadanlıqlarının ehtiyat hissələrinə , rezin-texniki məmulatlara olan illik tələbatını və hesabatını tərtib edir;
-         İl ərzində neft-mədən avadanlıqlarının ehtiyat hissələrinin bölgüsünü hazırlayır;
-         Neft-mədən avadanlıqlarının texniki vəziyyətini yerlərdə araşdırıb normal vəziyyətə gətirmək üçün tədbirlər planı tərtib edir və icrasına nəzarət edir;
-         Şöbəyə gələn və çıxan sənədlərin, əmrlərin, protokolların üçotu və nəzarəti, kompüterdə cədvəllərin, sənədlərin aparılmasını təşkil edir;
-         Sənədlərin protokollaşdırılması və arxivə verilməsini vaxtında təşkil edir;
-         Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət edir;
-         Şöbə rəisinin tapşırıqlarını yerinə yetirir.

Bilməlidir:

neft sənayesində və müəsisədə material-avadanlıq ehtiyatlarının təchizatının təşkilini;planlı-xəbərdarlıq təmirinin vahid sistemi və mexaniki avadanlıqların səmərəli istismarının təşkilini; mexaniki avadanlıqların istismar qaydalarınını, texniki xarakteristikalarını, iş rejimləri və konstruktiv xüsusiyyətlərini;yanacaq-enerji ehtiyatlarının sərfi normalarının işlənməsi qaydalarını;Cəmiyyətin strukturunu, iqtisadi fəaliyyətini və perspektiv inkişaf planını; Vəzifə təlimatını; Cəmiyyətin daxili intizam qaydalarını; kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrini;kargüzarlıq, sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

E-mail: [email protected]