Mexanik

  • SOCAR-Ümid MMC
  • Elanın qoyulma tarixi: 25.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mexanik

Vəzifə üzrə təlimat
 
-        Neftin emal və neft məhsullarının istehsal üzrə qurğuların bütün növlərdən olan aparat, avadanlıq və kommunikasiyalarının qəzasız və etibarlı işini, aparat və avadanlıqların düzgün istismarını, onların vaxtında və keyfiyyətlə təmirini və yeniləşdirilməsini təmin edir.
-         Aparat və avadanlıqlara müntəzəm baxış keçirilməsini, plan-xəbərdarlıq təmir qrafiklərinin, pasport və digər sənədlərin tərtib olunmasını təşkil edir.
-         Qovşaq və detalların təmiri və bərpası üzrə mütərəqqi metodları, həmçinin aparat və avadanlıqların xidmət müddətinin artırılması və boşdayanmalarının ixtisarı, təmirin dəyərinin azaldılması və keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri işləyir və həyata keçirir.
-        Avadanlıq və aparatların, ayrı-ayrı detal və qovşaqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aşkar etmək məqsədilə onların iş şəraitini tədqiq edir.
-        Aparat və avadanlıqların işlərinin, onların boşdayanma səbəb və müddətlərinin, təmir və modernləşdirmə üzrə yerinə yetirilmiş işlərin uçotunu təşkil edir.
-        Avadanlıqlarda baş vermiş qəzaların səbəblərinin təhqiqində, qəza və istehsalat zədələnmələrinin qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak edir.
-        Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasını təmin edir.
-        Təmirə ayrılmış vəsaitlərin xərclənməsinə, təmir üçün zəruri olan material, ehtiyat hissələri və alətlərin alınmasına dair sifarişlərin tərtib olunmasına, onların istifadəsi üzrə uçot və hesabatların aparılmasına nəzarəti həyata keçirir.
-        Avadanlıqların təmiri və modernləşdirilməsi üzrə səmərələşdirici təklifləri və ixtiraları müzakirə edir, onlar üzrə rəylər verir, qəbul olunmuş təkliflərin tətbiqinə təminat yaradır.
-        Aparatların, avadanlıqların təmirini həyata keçirən və onları saz vəziyyətdə saxlayan istehsalat (sahə) işçilərinə rəhbərlik edir.

Bilməlidir:

İstehsal avadanlıqlarının iş rejimlərini, təşkilatlarını, konstruktiv xüsusiyyətlərini və texniki xarakteristikalarını; onların texniki-istismar qaydalarını; planlaşdırma metodlarını; təmir işlərinin texnologiyası və təşkilini; qüsur cədvəllərinin və digər texniki sənədlərin tərtib olunma qaydalarını; avadanlıqların təmirə verilmə və təmirdən alınma qaydalarını; məhsulun istehsal texnologiyasının əsaslarını; istehsalın (sahənin) texniki inkişaf perspektivlərini; iqtisadiyyatın, istehsalın və əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, MS WORD, MS EXCEL kompüter proqramlarının əsaslarını.
 
E-mail: [email protected]