Qazma şöbəsinin rəisi

  • SOCAR-Ümid MMC
  • Elanın qoyulma tarixi: 21.10.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“SOCAR-ÜMİD” MMC-nin Qazma şöbəsinin  rəisinin

VƏZİFƏ  T Ə L İ M A T I

1. Vəzifə öhdəlikləri:

• Cəmiyyətin məqsəd və strategiyasına uyğun olaraq  quyuların  tikintisi  üçün rəhbər sənədlərin  işlənib  hazırlanması  və  istehsalat  tapşırıqlarının  yerinə  yetirilməsinə, quyu tikintisində müasir və dünya  standartına  uyğun  olan  texniki  və  texnoloji  materiallardan, avadanlıqlardan istifadə  edilməsinə, quyunu layihə smeta sənədlərinə uyğun  səmərəli, normal, effektli, az vaxt  sərf  etməklə  tikinti  ilə  qurtarmaq və  istismara  vaxtında  təhvil verilməsinə nəzarət edir.
• Quyuların  tikintisi məsələləri ilə məşğul  olur və  Baş icraçının neft və qaz quyularının qazılması  barədə fəaliyyətinə metodik və texniki  nəzarət  edir.
• Baş  icraçı tərəfindən quyuların  tikintisinin istehsalat tapşırıqlarının vışqaquraşdırma, qazıma və mənimsəmə proseslərində  işin ritmliyinin təmin  edilməsinə istiqamətlənmiş texniki - təşkilatı  tədbirlərin  yerinə  yetirilməsinə köməklik  göstərir.
• Müvafiq  institutlarla və  “SOCAR-ÜMİD” MMC-nin şöbələri ilə  birlikdə  quyuların tikintisinin cari və perspektiv  layihələrini  işləyib hazırlamaq, həmin layihələrin yerinə yetirilməsinə sistematik olaraq  nəzarət  edir .
• Qazıma  işlərinin  texniki-iqtisadi göstəricilərinin  layihəyə  uyğun  yerinə yetirilməsinə  nəzarət  edir.
• Quyuların  tikintisinin  texniki-iqtisadi  göstəricilərinin  artırılması  məqsədilə Baş icraçı  tərəfindən  görülən  işin  təşkili, idarə  edilməsi  və  qazıma  işlərinin  təkmilləşdirilməsi üzrə hazırlanmış  texniki-iqtisadi  tədbirlərə  nəzarət  edir  və  işdə  yol  verilən texniki və texnoloji pozuntulara  görə  qabaqcadan xəbərdarlıq edir.
• Müvafiq  strukturlarla  birlikdə  qazımada  istifadə  olunan  texniki və  texnoloji  materiallar  sərfi  normalarının  işlənməsində  iştirak  edir, rəy  verir  və  təsdiq  üçün  rəhbərliyə  təqdim  olunmasına  nəzarət  edir.
• Neft və qaz  quyularının  tikitntisi  zamanı  etaplar  üzrə  aparılan  qazıma  işləri  üçün baş  verən  qəza  və  mürəkkəbləşmələrin  qarşısını  almaq  məqsədilə  Baş  icraçı  tərəfindən  hazırlanmış  qabaqcadan  xəbərdarlıq  kompleks  tədbirlər  planına  daimi  nəzarət edir.
• Quyuların  qazılması  zamanı  etaplar  üzrə  aparılan  texniki  və  texnoloji  proseslərə və  layihə  üzrə  istifadə  olunan  texniki  və  texnoloji  materialların  müasir  standartlara uyğun  gəlməsinə  nəzarət  edir.
• Neft  və qaz  quyularının  qazılması  zamanı  quyu  lüləsinin  hazırlanması  və  möhkəmləndirilməsi üçün  layihə  üzrə  tələb  olunan  texniki  və  texnoloji  materialların  (texnoloji tərtibatlar, qoruyucu  kəmərlər, sement  və  s.) miqdarına  və  aparılan  texnoloji  proseslərə nəzarət edir.
• Layihə  üzrə  neft və qaz  quyularının  tikintisi  üçün  tələb  olunan  texniki və texnoloji materialların  vaxtında  təmin  olunmasına  nəzarət  edir.
• Neft və qaz  quyularının  növündən  və  məqsədindən  asılı  olaraq  illik  qazıma  həcmini  təmin  etmək  məqsədilə  tələb  olunan  quyular  üçün  texniki  layihə və  smeta  sənədlərinin  vaxtında  hazırlanıb,  Baş  icraçıya  təqdim  olunmasına  nəzarət  edir.
• Baş icraçı tərəfindən neft və qaz  quyularının  qazılması  zamanı  layihədən  fərqli  olaraq  aparılan  texniki  və  texnoloji  proseslərə dəyişiklərin edilməsi yalnız, onun üçün müvafiq qaydalara görə hazırlanmış texniki və texnoloji sənədlər (rəhbər sənədlər, təlimatlar, protokollar, akt və s.). Baş  sifarişçi tərəfindən  razılaşdıırılıb təsdiq edildikdən  sonra  həyata  keçirilməsinə  nəzarət  edir.
• Müvafiq  şöbələrlə  birlikdə  illik  qazıma  həcminin  hazırlanmasında  iştirak  etmək   və    təsdiq  olunmuş  lazımi  sənədlərin   Baş  icraçıya  təqdim  olunmasına  nəzarət  edir.
• Süxur  dağıdıcı  alətlərin  layihə  üzrə  keyfiyyətinə, onların  istismarı  zamanı  müvafiq  normalara  və  qaydalara  riayət  olunması  və bunlar üçün  tələb  olunan  texniki və texnoloji sənədlərin rəsmiləşdirilməsinə  nəzarət  edir.
• Neft və qaz  quyularının  qazılması  zamanı  baş  vermiş mürəkkəbləşmələrin  və  qəzaların  araşdırılmasında  bilavasitə  iştirak  edir, çıxarılan  qərarın  yerinə  yetirilməsinə Baş  sifarişçinin  müvafiq  rəhbər işçiləri  və  şöbələri  ilə  razılaşdırıldıqdan  sonra  həyata keçirilməsinə  nəzarət  edir.
• Neft və qaz  quyularının  texniki  səbəbdən  ləğv  edilməsi  üçün  Baş  icraçı  tərəfindən hazırlanmış  ləğv  sənədlərinə  Baş  sifarişçinin  rəhbərliyi  və  müvafiq  şöbələrin  verdiyi razılıqdan  sonra  həyata  keçirilməsinə  nəzarət  edir.
• Neft və qaz  quyularının  hər hansı bir  səbəbdən  konservasiyaya  qoyulması üçün Baş  icraçı  tərəfindən  hazırlanmış  texniki  sənəd, Baş sifarişçinin  müvafiq  şöbələri ilə  razılaşdırıldıqdan  və  rəhbərlik  tərəfindən  təsdiq  edildikdən  sonra  həyata  keçirilməsinə  nəzarət  edir.
• Neft və qaz  quyularının  tikinti  ilə  vaxtında  və  effektli  qurtarması  barədə  tərtib  olunan  sənədlər  işçi  komissiya  tərəfindən   aparılmalı  və  tərtib  olunan  akt  «AZNEFT» İB-nin  müvafiq  şöbələri  və  rəhbərliyi  tərəfindən  təsdiqləndikdən  sonra  həyata  keçirilməsinə  nəzarət  edir.
• Neft və qaz  quyularının  möhkəmləndirilməsində  istifadə  olunan  texniki və istismar kəmərlərinin buraxılması üçün Baş icraçı  tərəfindən hazırlanmış iş planı,  Baş  sifarişçinin  müvafiq  şöbələri  ilə razılaşdırıldıqdan sonra və rəhbərlik tərəfindən təsdiq olduqdan  sonra həyata keçirilməsinə nəzarət edir.
• Neft və qaz  quyularının  qazımadan  sonra  mənimsənilməsi  üçün  Baş  icraçı  tərəfindən  hazırlanmış  iş  planı, Baş  sifarişçinin    müvafiq  şöbələri  tərəfindən  razılaşdırılmalı  və  rəhbərlik  təsdiq  etdikdən  sonra  həyata  keçirilməsinə  nəzarət  edir.
• Müvafiq  institutlarla  birlikdə neft və qaz  quyularının  tikintisinin  effektivliyinin  artırılması  məqsədilə,  müasir  texnika  və  texnologiyanın  tətbiq  edilməsinin  elmi  cəhətdən  əsaslandırılması və istehsalatda  istifadə  olunması  problemləri  üzrə  işlərin  aparılmasına nəzarət edir.
• Neft və qaz  quyularının  tikintisinin  layihələndirilməsinin  əsas  istiqamətlərindən  biri, tikintidə  tərəqqiyə  nail  olmaq, texniki  və  texnoloji  qərarlara və onların  birliyinin  təmin olunmasına, tikinti və quraşdırma  unifikasiyasına,  eləcədə geniş  olaraq  yeni  texniki və  texnoloji  reqlamentlərdən  bütün  etaplarda  və quyu  tikintisinin  kompleks  işlərində istifadə  olunmasına  nəzarət  edir.
• Qazıma keçidi üzrə istehsalat tapşırıqlarının (ay, rüb, il) yerinə  yetirilməsinə  nəzarət edir.
• Maili-istiqamətləndirilmiş quyuların  layihə  üzrə  verilmiş  parametrlərə  görə  qazılmasına  nəzarət  etmək, əldə  olunan  məlumatları  təhlil  edir  və  alınmış  nəticələrin  hansı  vəziyyətdə  olmasının  Baş  icraçının  müvafiq  şöbələri ilə birlikdə  araşdırır.
• Neft və qaz quyularının  qazılması zamanı  layihədə  nəzərdə  tutulmuş texniki və texnoloji  materialların sərfinə və onlardan səmərəli istifadə olunmasına nəzarət  edir.
• Layihədə  verilmiş  parametrlərə  görə  qazıma  zamanı  texnoloji  rejimin düzgün seçilməsinə və müvafiq normalara uyğun  aparılmasına  nəzarət  edir.
• Neft, qaz və  kondensat quyularında  tikinti  işlərinin  aparılması  zamanı  vahid  texniki qaydalara riayət  olunmasına  nəzarət  edir.
• Yeni  texnika  və  texnologiyanın sınaqdan keçirilməsində bilavasitə iştirak edir və alınan nəticələrə müvafiq qaydada rəy verir, eləcə də alınmış müsbət nəticələri nəzərə alaraq, istehsalatda  geniş  istifadə  edilməsinə  şərait yaradaraq  nəzarət  edir.
• Neft və qaz  quyularının  tikintisində  nəzərdə  tutulan  maili-istiqamətləndirilmiş  quyuların   lüləsinin  trayektoriyasını  layihədə  verilmiş  parametrlərə  görə  aparılmasına  nəzarət edir.
• Neft və qaz quyularının tikintisi ilə əlaqədar olaraq müqavilələrin bağlanması üçün aparılan fikir mübadiləsində iştirak edir və öz rəyini verir.
• əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət edir;
• şöbənin işçilərinə rəhbərlik edir.

2.Bilməlidir:

• Neft və qaz quyularının tikintisi üçün layihə - smeta sənədlərinin tərkibi, hazırlanması, razılaşdırılması və təsdiq edilməsi qaydaları üzrə təlimatı  və istehsalın idarə edilməsi üzrə metodik, normativ və digər rəhbər materialları;
• İllik qazıma işlərinin həcmini ;
• Tikinti ilə qurtaran quyuların növlərini və sayını ;
• Quyuların sayının sahələr üzrə yerləşdirilməsini və koordinasiya edilməsi məsələlərinin həllini ;
• kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrini;
• kargüzarlıq, sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;
• əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

Email: [email protected]