Qazma şöbəsinin quyuların qazılması üzrə mühəndisi

  • SOCAR-Ümid MMC
  • Elanın qoyulma tarixi: 21.10.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

SOCAR-ÜMİD” MMC-nin Qazma şöbəsinin quyuların qazılması üzrə mühəndisinin

VƏZİFƏ TƏLİMATI

1. Vəzifə öhdəlikləri:

• Qazma işlərinin sürət göstəricilərinin artırılmasında, dünya standartlarına uyğun texniki və texnoloji materiallardan istifadə olunmasında, layihə-smeta sənədlərinə uyğun neft və qaz quyularının tikintisinin aparılmasında, mütərəqqi texnika və texnoloqiyaların hazırlanmasında və tədbiqində iştirak etməklə rəy verir;
• Müvafiq institutlarla birlikdə qazımanın effektivliyini artırmaq məqsədilə, müasir texnika və texnologiyanın tətbiq edilməsinin elmi cəhətdən əsaslandırılmağa və istehsalatda istifadə olunması problemləri üzrə aparılan müşavirələrdə iştirak edir;
• Müvafiq strukturlarla birlikdə qazımada istifadə olunan texniki və texnoloji materiallar sərfi normalarının işlənməsində iştirak edir;
• Neft və qaz quyularının tikintisi zamanı aparılan texniki və texnoloji proseslərə və layihə üzrə istifadə olunan texniki və texnoloji materialların müasir standartlara uyğun gəlməsinə nəzarət edir;
• Layihə üzrə neft və qaz quyularının tikintisi üçün tələb olunan texniki və texnoloji materialların vaxtında təmin olunmasına köməklik göstərir;
• Müvafiq şöbələrlə birlikdə illik qazıma işlərinin həcminin hazırlanmasında iştirak edir;
• Süxur dağıdıcı alətlərin texniki layihə smeta sənədləri üzrə keyfiyyətinə, onların istismarı zamanı müvafiq normalara və qaydalara riayət olunmasına və  bunlar üçün  tələb olunan texniki – texnoloji sənədlərə  nəzarət  edir;
• Neft və qaz quyularının texniki səbəbdən iii «a» kateqoriyası üzrə ləğv edilməsi sənədlərinin hazırlanmasına nəzarət edir;
• Neft və qaz quyularının konservasiyaya qoyulması üçün hazırlanan sənədlərə nəzarət edir;
• Neft və qaz quyularının möhkəmləndirilməsi üçün hazırlanmış iş planına nəzarət edir;
• Quyuların qazılması zamanı layihə üzrə texniki və texnoloji materialların sərfinə və onlardan səmərəli istifadə olunmasına nəzarət edir;
• Texniki layihələrin ekspertizadan keçirilməsində iştirak edir;
• Maili istiqamətləndirilmiş quyuların layihədə verilmiş parametrlərə görə quyu lüləsinin trayektoriyasına nəzarət edir;
• Yeni texnika və texnologiyanın sınaqdan keçirilməsində iştirak edir;
• Quyuların qazılmasının layihə üzrə müəyyən edilmiş texnologiyası və rejiminə riayət edilməsinə nəzarət edir;
• Mürəkkəbləşmə və qəzaların qarşısını almaq, vaxt itkisini azaltmaq və onların aradan qaldırılması vasitələrinin təhlilinin aparılmasında iştirak edir və hazırlanan tədbirlərin yerinə yetirilməsinə nəzarət edir;
• Neft və qaz quyularının tikintisinin texniki layihə və smeta sənədləri üzrə verilmiş təqvim vaxt balansına uyğun olaraq aparılmasına nəzarət edir;
• əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət edir;
• şöbə rəisinin tapşırıqlarını yerinə yetirir.

2. Bilməlidir:

• Neft və qaz quyularının tikintisi üçün layihə-smeta sənədlərinin tərkibi, hazırlanması, razılaşdırılması və təsdiq edilməsi qaydaları üzrə təlimatı və istehsalın idarə edilməsi üzrə metodik, normativ və digər rəhbər materialları;
• İllik qazıma işlərinin həcmini;
• Tikinti ilə qurtaran quyuların növlərini və sayını;
• Quyuların sayının sahələr üzrə yerləşdirilməsini və koordinasiya edilməsi məsələlərinin həllini;
• Cəmiyyətin strukturunu, iqtisadi fəaliyyətini və perspektiv inkişaf planını;
• Vəzifə təlimatını;
• Cəmiyyətin daxili intizam qaydalarını;
• kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrini;
• kargüzarlıq, sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;
• əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

E-mail: [email protected]