İşin təsviri
Tibb sahəsində fəaliyyət göstərən şirkət üçün İnformasiya texnologiyaları şöbəsinin rəhbəri axtarılır.
Vəzifə öhdəlikləri:
- Şirkətə bağlı bütün İT əməliyyatlarına nəzarət etmək
- Şirkətin İT tələblərini və ehtiyaclarını analiz etmək və müəyyənləşdirmək
- Korporativ strategiyalarına uyğun olan effektiv İT həllərini və siyasətlərini hazırlamaq və qurmaq
- İT şöbəsinin keyfiyyətli performansı üçün onları yeni texnoloji avadanlıqlarla və proqramlarla təmin etmək
- Şirkətin büdcəsinə uyğun olan İT sistemlərinin və işçilərinin səmərəli fəaliyyətini təmin etmək
- Biznes hədəflərini praktik və texniki həllərə çevirmək
Namizədə tələblər:
- Ali təhsil və ya magistr dərəcəsi
- İT sahəsində ən azı 10 illik iş təcrübəsi
- İT rəhbər və ya baş mütəxəssis vəzifəsində ən azı 5 illik təcrübə
- İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq standartların tələbləri üzrə biliklərin olması;
- Windows Server əməliyyat sistemlərinin təhlükəsizliyi üzrə bilik və iş təçrübəsi;
- Active Directory, DNS, DHCP, Group Policies, File Server, Exchange Server, Korporativ Antivirus sistemlərinin təhlükəsizliyi üzrə bilik və iş təçrübəsi;
- Azərbaycan, rus və texniki ingilis sərbəst dil bilikləri;
- İT və İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatları olanlara üstünlük verilir.
- Microsoft Windows Server 2012R2-2016( AD DS, GPO, DHCP, DNS, WSUS, IIS, IIS ARR, Hyper-V,VmWare Failover Cluster, Print Server, File Server, DFS, RDS, ADFS, WSUS), Microsoft Exchange 2013,Linux,KES, Veeam; system bilikləri
- TCP/IP, 802.1Q, OSPF, NAT,PAT, OSI modeli, VPN. bilirkləri
- Videoizləmə sistemləri bilikləri
İmtiyazlar:
- İşçi illik check up paketi ilə təmin olunur.
- İşçinin ailə üzvləri və yaxın qohumlarına tibbi xidmətlərdə 50 faiz endirim təklif olunur.
İş saatı: 5 günlük iş qrafiki təyin olunur.
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;
Tələblərə uyğun , müraciət etmək istəyən namizədlər Email-in “subject” bölməsinə, vakansiyanın adını “IT Rəhbər” qeyd etməklə [email protected] ünvanına CV göndərə billərlər.
Yalnız tələblərə uyğun namizədlərlə müsahibə təyin olunacaq.