Marketinq rəhbər

  • Medical Company
  • Elanın qoyulma tarixi: 13.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tibb sahəsində fəaliyyət göstərən şirkət üçün Marketinq şöbəsinin rəhbəri axtarılır.

Vəzifə öhdəlikləri:

  • Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
  • Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
  • Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
  • Rəqabət analizi və təhlillərin aparılmasında iştirak etmək;
  • Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
  • Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
  • Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
  • Şirkətin strateji marketinq planının icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;
  • Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək
  • Ən yeni və səmərəli SEO təcrübələrini analiz və tətbiq etmək
  • Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
  • Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini

Namizədə tələblər:

  • Ali təhsil (Marketinq, Biznes, Menecment sahəsində üstünlükdür);
  • Marketinq sahəsində rəhbər kimi  minimum 5  il iş təcrübəsi mütləqdir;
  • Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
  • Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
  • Dürüstlük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı;
  • Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
  • Komandada işləmə və komandanı idarəetmə;

İmtiyazlar:

  • İşçi illik check up paketi ilə təmin olunur.
  • İşçinin ailə üzvləri və yaxın qohumlarına tibbi xidmətlərdə 50 faiz endirim təklif olunur.

İş saatı: 5 günlük iş qrafiki təyin olunur.
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Tələblərə uyğun, müraciət etmək istəyən namizədlər Email-in “subject” bölməsinə, vakansiyanın adını “Marketinq Rəhbər” qeyd etməklə, [email protected] ünvanına CV göndərə billərlər.
Yalnız tələblərə uyğun namizədlərlə müsahibə təyin olunacaq.