İşin təsviri
Vəzifə öhdəlikləri:
- Kamera ilə işləmə və texniki biliklərin tətbiqi
- Stabilizasiya avadanlıqları ilə işləmək
- Foto və video materialların çəkilişi və hazırlanması üçün müasir proqramlardan istifadə
- Kreativ yanaşma və yüksək vizual zövq əsasında kontentin hazırlanması
- Sosial media formatlarına uyğun kontent istehsalı
Tələblər:
- Ali təhsil (istənilən sahədə)
- Videoqraf və fotoqraf sahəsində minimum 2 il iş təcrübəsi
- Satış yönümlü düşünmə və PR yönümlü kreativ ideyalar yaratmaq bacarığı
- Komandada işləmək bacarığı
- Microsoft Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığı
- Məsuliyyətli, dəqiq və çalışqan olmaq
- Yaş həddi: 23–30 yaş
- İş vaxtı tam ştat olduğu üçün təhsil alan tələbələrin müraciəti məqsədə uyğun deyil
Əmək şəraiti və şərtləri:
- Ünvan: Bakı
- Əmək haqqı: Müsahibə əsasında təyin edilir
- İş günləri: həftə içi 5 gün (6-cı gün qısaldılmış)
- Azərbaycan Respublikası ƏM-nə uyğun sənədləşmə
Gizlilik təminatı:
- Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları, həmçinin müraciəti barədə məlumatlar 3-cü tərəf qarşısında paylaşılmır
Vakansiya üçün müraciət forması və şərtləri:
Vakansiya üzrə tələblərə cavab verən namizədlər Müraciət Et düyməsində göstərilən mail ünvanına fərdi CV-lərini göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərə 3 iş günü ərzində geri dönüş edilir.