İşin təsviri
Prospect Cloud ERP olaraq bizneslərin avtomatlaşdırılması, rəqəmsallaşdırılması və proseslərin optimallaşdırılması üzrə ixtisaslaşmış texnologiya şirkətidir. Müştərilərimizə innovativ həllər təqdim etməklə onların inkişafına dəstək oluruq.
Hazırda kreativ komandamıza qoşulacaq yarım ştat Videoqraf axtarırıq. Əgər hekayə danışmağı, vizual çarxlar yaratmağı və dinamik biznes mühitində çalışmağı sevirsənsə — səni komandamızda görməkdən məmnun olarıq!
Öhdəliklər:
- Şirkət daxilində video çəkilişlərin təşkili və icrası
- Müştərilərimizlə yerində çəkilişlərin həyata keçirilməsi
- Video materialların montajı, səs yazısı, kolor korreksiya
- Sosial media üçün qısa video formatlarının hazırlanması (Reels, Shorts və s.)
- Ssenari, başlıq və təsvirlər üçün məzmunun hazırlanması (arzuolunandır)
- Brend tərzi və vizual üsluba uyğun kontentin istehsalı
- Lazım olduqda foto çəkilişlərdə iştirak
Tələblər:
- Video çəkiliş və montaj sahəsində təcrübə (portfolionun təqdim edilməsi vacibdir)
- Kamera, işıqlandırma və səs avadanlıqlarına sahib olmaq və iş təcrübəsi
- Adobe Premiere Pro, Davinci Final, CapCut və ya oxşar proqramlarda montaj bacarığı
- Kreativ yanaşma, vizual estetik duyumu
- İnsanlarla ünsiyyət və çəkiliş prosesini idarəetmə bacarığı
- Komandada və müstəqil işləmə bacarığı
- Videolar üçün ssenari yazma bacarığı əlavə üstünlükdür
- Məhsulun öyərənilməsi üçün şirkət daxili toplantılarda iştirak
- Bakı şəhərində yaşayış
İş şəraiti:
- Yarım ştat / Part-time iş qrafiki
- İş saatları sərbəst — nəticə yönümlü əmək modeli
- Karyera və peşəkar inkişaf imkanı
- Dost və dəstəkləyici iş mühiti
- Müştəri görüşləri və çəkilişlər üçün şirkət tərəfindən dəstək
- Rəqabətə uyğun əməkhaqqı (müsahibə əsasında müəyyən olunur)
CV, portfolio və varsa hazırlanmış videoların linklərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Video Maker — Part-time” başlığı ilə göndərməyiniz xahiş olunur.