Baş anbardar

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müxtəlif materialların (xammal, yarımfabrikat, məhsul və s.) müəssisə daxili qaydalara uyğun qəbulunu, saxlanılmasını və buraxılmasını təmin etmək;
  • Elektron və fiziki sənədlərin düzgün rəsmiləşdirilməsinə, mədaxil–məxaric əməliyyatlarının vaxtında və qaydalara uyğun aparılmasına nəzarət etmək;
  • Gələn malların sifarişlərə və müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq və komplektləşməni təmin etmək;
  • Anbar qalığı səviyyəsini izləmək, yenidən sifariş nöqtələrini müəyyənləşdirmək və minimum ehtiyat səviyyəsini qorumaq;
  • Anbar əməliyyatlarında SƏTƏM və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək;
  • Yükləmə-boşaltma və yerləşdirmə işlərinin təhlükəsiz və düzgün aparılmasına nəzarət etmək;
  • Aylıq sayımların və inventarizasiyaların aparılmasını, aktların düzgün tərtibini təmin etmək;
  • Nasaz və korlanmış materiallar üzrə sənədləşmənin və hesabatların düzgünlüyünə nəzarət etmək;
  • Anbar işçilərinin fəaliyyətini təşkil etmək, səriştələrinin artırılmasını və işin səmərəliliyini təmin etmək;
  • Anbar proseslərinin təkmilləşdirilməsi və hesabatların hazırlanması üzrə rəhbərliyə təkliflər təqdim etmək.

Namizədə aid tələblər:

  • Müvafiq sahə üzrə rəhbər vəzifəsində 3 il iş təcrübəsi;
  • Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə üstünlükdür);
  • ERP bazasında (1C, Logo Tiger və s. kimi) iş təcrübəsi;
  • Fəaliyyəti ilə əlaqədar biznes proseslərin və prosedur qaydalarının tərtib edilməsini bacarmalı;
  • Effektiv qərarvermə bacarığı;
  • Komandada işləmə və idarəetmə bacarığı;
  • Diqqətli, məsuliyyətli və operativ olmalı;
  • Heyətin motivə edilməsi və idarəedilməsi üzrə bacarıqlar;
  • Yalnız və komanda ilə effektiv işləmə, ünsiyyət və planlama bacarıqları.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Könüllü tibbi sığorta təminatı;
  • Korporativ nömrə;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Tələblərə uyğun namizədlər CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsinə “Baş anbardar” yazaraq göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaq.