SƏTƏM üzrə menecer

İşin təsviri

Vəzifənin ümumi təsviri:

  • Əməliyyat Şirkətlərinin SƏTƏM üzrə nümayəndələri ilə əməkdaşlıq vasitəsilə şirkətin fəaliyyətləri, mövcud layihələrlə bağlı SƏTƏM üzrə bütün məsələləri idarə etmək və əlaqələndirmək

Əsas cavabdehlik sahəsi:

  • İdarəetmə üzrə müvafiq qayda-qanunlara uyğunluğun nəzərdən keçirilməsində, ümumi risklərin qiymətləndirilməsində və beynəlxalq standartlar üzrə məsləhətləşmələrdə, o cümlədən SƏTƏM məsələləri üzrə məsləhətlərdə kömək etmək; 
  • SƏTƏM üzrə statistikanın, Əməliyyat Şirkətlərinin hesabatlarının nəzərdən keçirilməsi;
  • İnsidentlərin araşdırılmasında və ilkin səbəblərin təhlilində iştirak etmək;
  • İşçilərin və ziyarətçilərin mənafeyi naminə insidentlərin qarşısının alınması uğrunda çalışmaq;
  • Keyfiyyət və SƏTƏM üzrə giriş-tanışlıq təlimlərini təmin etmək və maraqlı tərəflərlə SƏTƏM üzrə görüşlər keçirmək; 
  • Baş ofis və Əməliyyat Şirkətləri arasında SƏTƏM üzrə məsələləri əlaqələndirmək, maraqlı tərəflərin SƏTƏM üzrə nümayəndələri ilə əməkdaşlıq etmək;
  • SƏTƏM üzrə tələb olunan sənədləri hazırlamaq, həyata keçirmək və təkmilləşdirmək, SƏTƏM ilə bağlı bütün sənədlərin nəzərdən keçirilməsini və verilməsini idarə etmək;
  • SƏTƏM üzrə monitorinq üçün sahəyə səfərləri planlaşdırmaq və həyata keçirmək və sahəyə səfərlərə dair hesabatlar hazırlamaq;
  • Qrupun illik fəaliyyət planını və komanda daxilində həvalə edilmiş və yerinə yetirilmiş bütün fəaliyyətlərin izlənməsi jurnalını hazırlamaq;
  • İşçi tələbi, məsləhətçi dəstəyi və s. daxil olmaqla, büdcənin tərtib edilməsi vasitəsilə qrupun ehtiyaclarının ödənilməsi üçün müxtəlif sorğulara başlamaq;
  • Qrup əsasnaməsinin və müvafiq qrup prosedurlarını hazırlamaq, yeniləmək.

Tələb olunan təhsil səviyyəsi:

  • SƏTƏM, biznesin idarə edilməsi və ya mühəndislik sahəsi üzrə bakalavr dərəcəsi
  • Magistr dərəcəsinə üstünlük verilir;
  • QMS ISO 9001 auditor sertifikatları, NEBOSH, IOSH sertifikatlarına üstünlük verilir

Tələb olunan iş təcrübəsi və iş tələbləri:

  • SƏTƏMM sahəsində minimum 7 il iş təcrübəsi, rəhbər vəzifələrdə əvvəlki iş təcrübəsinə üstünlük verir
  • Neft-qaz sənayesində sahəsi üzrə ən azı 4 illik iş təcrübəsi;
  • Risklərin İdarə olunması bilikləri;
  • Ətraf mühit standartları və SƏTƏM-lə bağlı daxili qanunvericilik bilikləri;
  • Beynəlxalq standartlar (ISO; API) bilikləri;
  • Son tarixləri qarşılamaq və prioritetləri idarə etmək bacarığı ilə yaxşı ünsiyyət və təsir etmə bacarıqları.
  • İngilis, azərbaycan, rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları.

 

Email: [email protected]