İşin təsviri
Vəzifə öhdəlikləri:
- Biznesin ehtiyaclarına uyğun və layihələrin səmərəli icrasını təmin etmək məqsədilə tələb olunan bütün mal, material və xidmət alışları üçün geniş subpodratçı bazasının formalaşmasını təmin edir;
- Tədarükçülərlə müqavilələrin şərtlərində şirkətin maraqlarının qorunmasına nəzarət edir;
- Tender və satınalma proseslərinin ədalətlilik və səmərəlilik prinsipinə uyğun həyata keçirilməsinə məsuliyyət daşıyır;
- Alınmış bütün mal, material və xidmətlərin qeydiyyatını aparır;
- Fiziki və virtual anbardan mal və materialların istifadə istiqamətləri üzrə detallı uçotunu təşkil edir;
- Mal, material və xidmətlərin istifadəsində israfa yol verilməməsinə məsuliyyət daşıyır;
- Tədarükçülərin axtarışını həyata keçirir;
- Resurslara qənaət işlərini təşkil edir;
- Müntəzəm qiymət araşdırması edir;
- Alınmış bütün malların qeydiyyatının aparılmasını təmin edir;
- Mal və materialların anbara və iş gedən sahələrə vaxtında çatdırılmasına nəzarəti həyata keçirir;
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra edir;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması) işlərini təşkil edir;
- Satınalma sorğularına nəzarəti, hesabatlarının hazırlanmasını yerinə yetirir;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının genişləndirilməsini təmin edir;
- Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edir.
İş şərtləri:
- Əmək haqqı: 800 AZN (namizədin bacarığına əsasən fərqli əmək haqqı təyin edilə bilər);
- İş qrafiki: Bazar ertəsi–Cümə: 09:00-dan - 18:00-dək; Şənbə: 09:00-dan - 15:00-dək;
- İstirahət günləri: Bazar;
- Nahar vaxtı: 13:00-14:00.
Namizədə dair tələblər:
- Maliyyə, iqtisadiyyat, texniki sahədə ali təhsilli olmaq;
- Tender prosesini bilmək;
- Logistika qaydalarını və prosedurlarını bilmək;
- Beynəlxalq satınalma qaydalarını bilmək;
- İngilis və rus dillərini baza (başlanğıc) səviyyəsində bilmək;
- Microsoft office proqramlarında, ofis texnikasında tam sərbəst və sürətli işləməyi bacarmaq;
- Stresə davamlı olmaq;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Kollektivlə işləməyi bacarmaq;
- Təşkilati və analitik bacarıqlara sahib olmaq;
- Sürətli və çevik olmaq;
- Təchizat, satınalma sahəsində minimum 3 il iş təcrübəsinə malik olmaq.
Göstərilən tələblərə uyğun olan namizədlər öz müraciət formalarını (CV) foto ilə birlikdə elektron ünvanına mövzu hissəsində “Təchizatçı” qeyd etməklə göndərə bilərlər.
Email: [email protected]