Smeta mühəndisi

  • Finivo Project
  • Elanın qoyulma tarixi: 03.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
  • Tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsini təmin etmək;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
  • Smeta sənədlərinin uçotunu aparmaq;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
  • Obyektlərdə (yerində) ölçü işlərinin aparılmasını təmin etmək;
  • Smetaların bazar qiymətləri ilə hesablanmasını yerinə yetirmək;
  • Texniki hesabatları hazırlamaq (Forma 2, Forma 3);
  • Sahələrdən gələn texniki hesabatları yoxlamaq.

İş şərtləri:

  • Əmək haqqı: 1000 AZN (namizədin bacarığına əsasən fərqli əmək haqqı təyin edilə bilər);
  • İş qrafiki: Bazar ertəsi–Cümə: 09:00-dan - 18:00-dək; Şənbə: 09:00-dan - 15:00-dək; 
  • İstirahət günləri: Bazar;
  • Nahar vaxtı: 13:00-14:00.

Namizədə dair tələblər:

  • İnşaat mühəndisli sahəsində ali təhsilli olmaq;
  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri, qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını, müvafiq qanunvericilik aktları və normalarını bilmək;
  • İngilis və rus dillərini baza (başlanğıc) səviyyəsində bilmək;
  • Microsoft office proqramlarında, ofis texnikasında tam sərbəst və sürətli işləməyi bacarmaq;
  • AutoCAD proqramında layihə üzrə ölçüləri oxuya və götürə bilmək;
  • Stresə davamlı olmaq;
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Kollektivlə işləməyi bacarmaq;
  • Təşkilati və analitik bacarıqlara sahib olmaq;
  • Sürətli və çevik olmaq;
  • Smeta mühəndisliyi üzrə minimum 3-5 il iş təcrübəsinə malik olmaq.

Göstərilən tələblərə uyğun olan namizədlər öz müraciət formalarını (CV) foto ilə birlikdə elektron ünvanına mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə göndərə bilərlər.

Finivo Project tərəfindən digər vakansiyalar