Təchizatçı

  • Finivo Project
  • Elanın qoyulma tarixi: 03.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Biznesin ehtiyaclarına uyğun və layihələrin səmərəli icrasını təmin etmək məqsədilə tələb olunan bütün mal, material və xidmət alışları üçün geniş subpodratçı bazasının formalaşmasını təmin edir;
  • Tədarükçülərlə müqavilələrin şərtlərində şirkətin maraqlarının qorunmasına nəzarət edir;
  • Tender və satınalma proseslərinin ədalətlilik və səmərəlilik prinsipinə uyğun həyata keçirilməsinə məsuliyyət daşıyır;
  • Alınmış bütün mal, material və xidmətlərin qeydiyyatını aparır;
  • Fiziki və virtual anbardan mal və materialların istifadə istiqamətləri üzrə detallı uçotunu təşkil edir;
  • Mal, material və xidmətlərin istifadəsində israfa yol verilməməsinə məsuliyyət daşıyır;
  • Tədarükçülərin axtarışını həyata keçirir;
  • Resurslara qənaət işlərini təşkil edir;
  • Müntəzəm qiymət araşdırması edir;
  • Alınmış bütün malların qeydiyyatının aparılmasını təmin edir;
  • Mal və materialların anbara və iş gedən sahələrə vaxtında çatdırılmasına nəzarəti həyata keçirir;
  • Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra edir;
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması) işlərini təşkil edir;
  • Satınalma sorğularına nəzarəti, hesabatlarının hazırlanmasını yerinə yetirir;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının genişləndirilməsini təmin edir;
  • Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edir.

İş şərtləri:

  • Əmək haqqı: 800 AZN (namizədin bacarığına əsasən fərqli əmək haqqı təyin edilə bilər);
  • İş qrafiki: Bazar ertəsi–Cümə: 09:00-dan - 18:00-dək; Şənbə: 09:00-dan - 15:00-dək; 
  • İstirahət günləri: Bazar;
  • Nahar vaxtı: 13:00-14:00.

Namizədə dair tələblər:

  • Maliyyə, iqtisadiyyat, texniki sahədə ali təhsilli olmaq;
  • Tender prosesini bilmək;
  • Logistika qaydalarını və prosedurlarını bilmək;
  • Beynəlxalq satınalma qaydalarını bilmək;
  • İngilis və rus dillərini baza (başlanğıc) səviyyəsində bilmək;
  • Microsoft office proqramlarında, ofis texnikasında tam sərbəst və sürətli işləməyi bacarmaq;
  • Stresə davamlı olmaq;
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Kollektivlə işləməyi bacarmaq;
  • Təşkilati və analitik bacarıqlara sahib olmaq;
  • Sürətli və çevik olmaq;
  • Təchizat, satınalma sahəsində minimum 3 il iş təcrübəsinə malik olmaq.

Göstərilən tələblərə uyğun olan namizədlər öz müraciət formalarını (CV) foto ilə birlikdə elektron ünvanına mövzu hissəsində “Təchizatçı” qeyd etməklə göndərə bilərlər.

Finivo Project tərəfindən digər vakansiyalar