İşin təsviri
İşin təsviri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
- Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
- Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
- Tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsini təmin etmək;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
- Smeta sənədlərinin uçotunu aparmaq;
- Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
- Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
- Obyektlərdə (yerində) ölçü işlərinin aparılmasını təmin etmək;
- Smetaların bazar qiymətləri ilə hesablanmasını yerinə yetirmək;
- Texniki hesabatları hazırlamaq (Forma 2, Forma 3);
- Sahələrdən gələn texniki hesabatları yoxlamaq.
İş şərtləri:
- Əmək haqqı: 1000 AZN (namizədin bacarığına əsasən fərqli əmək haqqı təyin edilə bilər);
- İş qrafiki: Bazar ertəsi–Cümə: 09:00-dan - 18:00-dək; Şənbə: 09:00-dan - 15:00-dək;
- İstirahət günləri: Bazar;
- Nahar vaxtı: 13:00-14:00.
Namizədə dair tələblər:
- İnşaat mühəndisli sahəsində ali təhsilli olmaq;
- Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri, qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını, müvafiq qanunvericilik aktları və normalarını bilmək;
- İngilis və rus dillərini baza (başlanğıc) səviyyəsində bilmək;
- Microsoft office proqramlarında, ofis texnikasında tam sərbəst və sürətli işləməyi bacarmaq;
- AutoCAD proqramında layihə üzrə ölçüləri oxuya və götürə bilmək;
- Stresə davamlı olmaq;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Kollektivlə işləməyi bacarmaq;
- Təşkilati və analitik bacarıqlara sahib olmaq;
- Sürətli və çevik olmaq;
- Smeta mühəndisliyi üzrə minimum 3-5 il iş təcrübəsinə malik olmaq.
Göstərilən tələblərə uyğun olan namizədlər öz müraciət formalarını (CV) foto ilə birlikdə elektron ünvanına mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə göndərə bilərlər.
Email: [email protected]