Korporativ Satış Təmsilçisi

  • Company
  • Elanın qoyulma tarixi: 15.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliklərinin detallı təsviri:

  • Korporativ müştəri sayının artırılması üçün şirkətin satış strategiyasının hazırlanmasında iştirak etmək və potensial müştərilərin cəlb edilməsi üçün effektiv təkliflər təqdim etmək   
  • Soyuq zənglər, emaillar, sosial media və s. vasitəsilə potensial müştərilərlə əlaqə yaratmaq  və reklamlarımız vasitəsilə daxil olmuş sorğulara cavab vermək
  • Müştərilərin potensial ehtiyaclarını aşkarlamaq və onların maraqlarına uyğun təkliflər təqdim etmək üçün müştərilərlə münasibət qurmaq 
  • Ehtiyacları müəyyən edilmiş potensial müştərilərlə yüksək səviyyəli görüşlər təşkil etmək və şirkəti bu görüşlərdə təqdim etmək; lazım gəldiyi təqdirdə, hər iki tərəfin rəhbərliyinin iştirak edəcəyi fərdi görüşlər təşkil etmək 
  • Əməkdaşlığa maraq göstərmiş, lakin tam başlamamış potensial müştərilərlə daim ünsiyyətdə olmaq 
  • Əməkdaşlığa başlamış müştərilərlə ilkin danışıqları yekunlaşdırmaq, müqavilə imzalamaq və yeni müştərini təyin edilmiş satış əməkdaşı ilə əlaqələndirmək 
  • Müştəri məmnuniyyəti, loyallığı və əməkdaşlığın davamlılığını təmin etmək üçün təyin edilmiş müddət ərzində zənglər, emaillar və görüşlər vasitəsilə yeni müştərilərlə daim ünsiyyətdə olmaq və lazım gəldikdə ortaya çıxan problemləri həll etmək.

İşə dair tələblər:

  • Satış, marketinq, biznesin inkişafı və oxşar sahələrdə bakalavr təhsili 
  • Korporativ satış və/və ya marketinq sahəsində minimum 3 illik iş təcrübəsi
  • Yüksək səviyyəli şifahi və yazılı ünsiyyət bacarığı, komanda işi və müştəri xidməti bacarıqları 
  • Vaxtın idarə edilməsi və analitik düşüncə qabiliyyəti 
  • Telefon etiketi, kompüter bilikləri və təqdimat bacarıqları 
  • Strateji və taktiki düşünmə qabiliyyəti. Problemləri effektiv həll etmə bacarığı 
  • Danışıqların aparılması və inandırma bacarığı
  • Riyazi düşüncə qabiliyyəti
  • İngilis və rus dillərində yazı və danışıq qabiliyyətinin olması üstünlükdür 

Əmək haqqı:

  • Aylıq maaş 
  • KPİ əsaslı rüblük bonuslar (satış və digər göstəricilərə uyğun hesablanmış)
  • Telefon xərcləri

Digər şərtlər:

  • İş günləri: Bazar ertəsi-Cümə 09:00-18:00, Şənbə 10:00-15:00. Bazar günləri və bayram günləri qeyri-iş günləridir 
  • 21 günlük ödənişli əmək məzuniyyəti. Əmək məzuniyyəti işçi işə başlayandan 6 ay sonra verilir.
  • Nahar təminatı.

 

Email: [email protected]