Satınalma üzrə menecer (Naxçıvan)

İşin təsviri

İş barədə məlumat: 

  • Şirkətin satınalma strategiyasının hazırlanması
  • Müvafiq büdcənin səmərəli istifadəsinə nəzarət
  • Satınalma sifarişlərinin qəbulu və icra edilməsi
  • Bazar araşdırmalarının aparılması, müvafiq tədarükçülərin tapılması
  • Tender və təkliflər sorğusu əsasında qiymət sorğularının keçirilməsi
  • Tədarükçülərin seçimi və qiymətləndirilməsi üçün sorğu üzrə müqayisə cədvəllərinin hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət
  • Satınalma sahəsi üzrə sənəd dövriyyəsinin təşkili və aparılması
  • Satınalma sifarişlərinin elektron qeydiyyatının aparılması
  • Müvafiq ehtiyac analizlərinin aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Satınalma prosesində baş verə biləcək uyğunsuzluqların idarə edilməsi və həlli yollarının tapılması, qarşısının alınması üçün təkliflərin verilməsi
  • Əmək haqqı: Müsahibə zamanı bilik və bacarığa görə müəyyən olunacaq
  • İş yeri: Naxçıvan Muxtar Respublikası, Badamlı qəsəbəsi

Namizədə tələblər:

  • Ali iqtisadi təhsil, satınalma üzrə sertifikatı olanlara üstünlük veriləcək 
  • Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi 
  • MS Office proqramlarında (Word, Excel, Outlook) işləmə bacarığı 
  • Anbar proqram təminatlarının iş prinsipi haqqında anlayış, təcrübə üstünlükdür
  • Yüksək səviyyədə idarəetmə, işgüzar danışıqlar aparma, ünsiyyət və təqdimat bacarıqları 
  • Şəxsi keyfiyyətlər: analitik düşünmə qabiliyyəti, məhsuliyyət və məqsədyönlülük  
  • İngilis dili, Rus dili arzu olunandır 

Tələblərə uyğun namizədlərdən CV-lərini “Satınalma üzrə menecer” başlığı altında e-ünvanına göndərmələri  xahiş olunur. 

İşəgötürənin reytinqi