İşin təsviri
Vəzifə öhdəlikləri:
- Elektronika məhsullarının online satışının təşkili və idarə edilməsi.
- Müştərilərlə WhatsApp, Instagram, Facebook və digər kanallar vasitəsilə müştərilər ilə operativ və peşəkar ünsiyyət.
- Məhsul haqqında texniki məlumatların düzgün və aydın izahı.
- Müştəri məmnuniyyətinin təmin edilməsi və rəylərin idarə olunması.
İş şərtlərimiz:
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
- İş vaxtı: 9.00 – 18.00
- Əmək haqqı + bonus.
- Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küç 2-ci paralel /15
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Tələblər:
- Təhsil: Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Dil: Rus və İngilis dili üstünlükdür;
- 1C 8.3 işləmək bacarığı;
- Elektronika məhsulları üzrə texniki bilik;
- Satış bacarığı və ünsiyyətcillik;
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni "Online satış üzrə mütəxəssis" mövzu hissəsində qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərsinlər.