Resepşn xanım

İşin təsviri

İş şəraiti

  • 6 günlük iş qrafiki
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Nahar fasiləsi:  13:00 -  14:00
  • Ünvan:  Bakı, Aliağa Vahid 1B

Əsas Vəzifələr:

  • Qonaqları gülərüz və mehriban şəkildə qarşılamaq, lazım olan şöbəyə yönləndirmək
  • Telefon zənglərinə operativ və nəzakətli şəkildə cavab vermək
  • Elektron məktublara cavablandırmaq, daxil olan sorğuları qeydiyyata almaq
  • Gündəlik sənədləşmə işləri, daxili yazışmaların aparılması
  • Gələn və gedən məktubların, kuryer göndərişlərinin idarə edilməsi
  • Rəhbərlik üçün lazım olan məlumatların toplanması və ötürülməsi
  • Resepşn və gözləmə zonasının səliqə və intizamını təmin etmək
  • Ofisədaxili kiçik idarəçilik və təşkilati tapşırıqların yerinə yetirilməsi
  • Gələn qonaqların qeydiyyatı və ziyarətçi jurnalının düzgün aparılması
  • Ofis ləvazimatlarının ehtiyatını nəzarətdə saxlamaq
  • Rəhbərlik üçün gündəlik məlumatların hazırlanması
  • Lazım olduqda ofisin ümumi təşkilati işlərinə dəstək (iclas otaqlarının hazırlanması, sənədlərin çapı, yazışmalar və s.)
  • Resepşn masasının və gözləmə zonasının hər zaman səliqəli olmasını təmin etmək
  • Qonaq oturacaqlarını, jurnal və broşürlərin düzülüşünü nəzarətdə saxlamaq
  • Ofisin giriş hissəsində profesional görüntü yaratmaq
  • Direktorun gündəlik çay–kofe servis xidmətinin təşkili və icrası

Namizədə tələblər:

  • Səlis Azərbaycan dili (Rus və İngilis dili bilikləri üstünlükdür)
  • Effektiv ünsiyyət və dinləmə bacarığı
  • Konfliktlərin yumşaq şəkildə həlli və düzgün yönləndirilməsi
  • Vaxt idarəetməsi, operativlik, dəqiqlik
  • MS Office, email sistemi və ofis avadanlıqları ilə işləmə bacarığı
  • Punktual, məsuliyyətli və nəticəyönümlü
  • Telefon operatoru və ya resepşn kimi əvvəlki iş təcrübəsi
  • İdarəçilik və təşkilati bacarıqları yüksək olan namizədlərə

Komandamıza uyğun olan  namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “Resepşn xanım” qeyd etməklə,  [email protected] elektron ünvanına göndərə bilərlər.

 Son müraciət tarixi: 17.12.2025.