Təmizlik üzrə Supervayzer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tabeçiliyində olan işçi heyətini idarə etmə və düzgün iş bölgüsünü həyata keçirmək;
  • Təmizləyici vasitələrin və avadanlıqların səmərəli və qənaətli şəkildə istifadəsini təmin etmək;
  • İşçilərin tələb olunan təmizləyici vasitələr və lazımlı avadanlıqlarla təchizatını təmin etmək;
  • Təmizləyici vasitələrin və avadanlıqların çatdırılmasını və müvafiq saxlama sahələrinə   köçürülməsini təmin etmək;
  • İş yükü artıq olduğu təqdirdə işçilərə lazımi dəstəyin göstərilməsi;
  • İşçilərin gündəlik davamiyyət cədvəlinə nəzarət etmək;
  • Tədbirlərin keçirilməsi zamanı təşkilati işlərdə köməklik göstərmək.

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Təmizlik vasitələri və avadanlıqları ilə işləmək bacarığı;
  • Xarici dil biliyi üstünlükdür;
  • İdarəetmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Vaxtın idarə olunması.

Təminatlar:

  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
  • İş qrafiki: 6 günlük;
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı: 900 AZN.

 Qeyd: Bu vəzifə üzrə 15 vakant yer mövcuddur.

Uyğun namizədlər öz cvlərini “Təmizlik üzrə Supervayzer” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Mint Services MMC tərəfindən digər vakansiyalar