İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Müəssisənin missiyasına, məqsədlərinə və siyasətinə müvafiq işləmək;
 
	- Binalarda və ərazidə sakinlərin rifahının yaxşılaşdırılması üçün xidməti vəzifəni həyata keçirmək;
 
	- Bina və ərazidə təmizliyin təminatına nəzarət etmək;
 
	- Yanğın təhlükəsizliyi və sanitar qaydalara riayət edilməsinə nəzarət etmək;
 
	- Sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlər planının hazırlanması, həyata keçirilməsi;
 
	- Yaşayış kompleksində yerləşən su, qaz, elektrik enerjisi avadanlıqlarının, eləcə də liftlərin fasiləsiz işinin, işıqlandırmaya nəzarətin təmin edilməsi;
 
	- Yaşayış binasının yerləşdiyi ərazinin həyətinin yaşıllaşdırılması, yaşıllaşdırılmış əraziyə qulluğun təmin edilməsi;
 
	- Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
 
	- Sakinlərlə vaxtaşırı görüşlərin təşkili, problemlərin dinlənilməsi və həlli;
 
	- İş proseduru ilə əlaqədar olaraq sənədləşmə işlərinin əksiksiz həyata keçirilməsi;
 
	- Ərazi və binaların təmizliyinə nəzarət;
 
	- Təmizlik vasitələrinin siyahısını tutaraq bitmiş təmizlik vasitələrini təchizata bildirmək;
 
	- İş bölgüsünü düzgün aparmaq.
 
Tələblər:
	- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
 
	- Komanda daxilində işləmək bacarığı;
 
	- Məsuliyyətli və çevik olmaq;
 
	- Ünsiyyət bacarığı;
 
	- Yaş: 50 yaşa qədər;
 
	- Cins: Kişi.
 
İş şəraiti:
	- Ünvan: Bakı şəhəri;
 
	- İş qrafiki: 5 gün;
 
	- İş saatı: 09:00-18:00;
 
	- Əməkhaqqı: 896 AZN (NET).
 
Uyğun namizədlər öz CV-lərini “Komendant” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.