Merçendayzer qrup rəhbəri (supervayzer)

İşin təsviri

İş barədə məlumat: 

  • Satış nöqtələrində şirkət məhsullarının müvafiq standartlara uyğun sərgilənməsinin təşkili və nəzarətdə saxlanılması
  • Ərazi üzrə satış nöqtələrinin bölgüsünün aparılması
  • Merçendayzer komandasının idarə olunması və fəaliyyətinin nəzarətdə saxlanılması
  • Şirkətin müvafiq standartlarının komandaya öyrədilməsi, yeni əməkdaşların işə adaptasiya olunması   
  • Komandanın davamiyyətinə nəzarət 
  • Satış nöqtələrində görülmüş merçendayzinq işlərinin gündəlik təhlili və aşkarlanan boşluqların aradan qaldırılması, bu istiqamətdə təkliflərin verilməsi 
  • Şirkət standartlarına uyğun qaydada komandanın fəaliyyət keyfiyyətinin, yeni işçilərin sınaq müddətinin qiymətləndirilməsi, motivasiyasının təşkili 
  • Mütəmadi, müəyyən olunmuş qaydada fəaliyyəti haqqında hesabatların təqdim edilməsi 
  • Satış nöqtələrində şirkətin fəaliyyətinə mane olan problemlərin aşarkalanması halında bilavasitə rəhbərinin vaxtında xəbərdar edilməsi
  • İş qrafiki: həftənin 1-6 günləri tam iş günü  
  • Əmək haqqı: müsahibə əsasında təyin olunacaq   
  • Rabitə xərcləri şirkət tərəfindən ödəniləcək

Namizədə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi 
  • Marketinq və merçendayzinq üzrə bilik
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti
  • İdarə etmə, effektiv problem həll etmə, ünsiyyət və təqdimat bacarıqları 
  • Kreativlik və analitik düşünmə qabiliyyəti 
  • Şəxsi avtomobilin olması mütləqdir

Tələblərə uyğun namizədlərdən CV-lərini “Supervayzer” başlığı altında e-ünvanına göndərmələri  xahiş olunur.

Email: [email protected]

İşəgötürənin reytinqi