Satınalma üzrə mütəxəssis

İşin təsviri

Bacarıqlar:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növünə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması, dövlət orqanlarında təsdiqlənməsi və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Müştəri bazasının genişləndirilməsi;
  • Tenderin nəticəsinə uyğun olaraq növbəti mərhələr üzrə müqavilə və digər sənədləşmələri həyata keçirmək;
  • İştirak edilən tenderlər haqqında dövrü hesabatlar hazırlamaq.
  • Hər növ tender kotirovka(e tender gov az saytında)qanun vericiliyə uygun olaraq iştrak etmək lazımı məktubları müraciətləri etmək digər özəl tenderlərdə iştrak

Tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibat, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
  • MS Excel və Word proqramlarını yaxşı səviyyədə bilmə
  • Analitik düşüncə, məsuliyyətlilik və işdə dəqiqlik, ünsiyyətcillik
  • Komandada işləmə və effektiv ünsiyyət bacarığı

Şərtlər:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00)
  • İş yeri : Nəsimi rayonu
  • Əmək haqqı: Razılaşma əsasında

Müraciət qaydası:

Vakansiyaya müraciət üçün CV-ləri “Satınalma üzrə mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərməyiniz xahiş olunur.

QEYD: Yalnız Azərbaycan dilində tərtib olunmuş CV-ə baxılacaqdır.

GARDASHLAR Mebel tərəfindən digər vakansiyalar