Satınalma üzrə Mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tədarükçülərlə işgüzar münasibətlərin qurulması və müqavilələrin idarə olunması
  • Mal və xidmətlərin alış prosesinin təşkil olunması və sənədləşdirilməsi
  • Satınalma sifarişlərinin hazırlanması və sistemə daxil edilməsi
  • Təchizatçılarla qiymət təhlilinin aparılması və ən sərfəli təkliflərin seçilməsi 
  • Hesab-fakturaların yoxlanılması və mühasibat uçotuna düzgün daxil edilməsi
  • E-gov, Vergi Portalı və digər dövlət platformalarında işlərin aparılması
  • Aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Mal-material uçotunun aparılması və daxili sənədləşmənin dəqiq tərtibi

Tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibat, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
  • Sahə üzrə təcrübə tələb olunmur, iş öyrədiləcək
  • 1C (və ya digər ERP sistemləri) proqramında sərbəst işləmə bacarığı
  • MS Excel və Word proqramlarını yaxşı səviyyədə bilmə
  • Analitik düşüncə, məsuliyyətlilik və işdə dəqiqlik
  • Komandada işləmə və effektiv ünsiyyət bacarığı

Əmək şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00)
  • Əmək haqqı: müsahibə əsasında müəyyən olunur (təcrübə və bacarıqlardan asılı olaraq rəqabətqabiliyyətli maaş təklif olunur)
  • Ünvan: Həsən əliyev 12 a. ( inqilab 17 ) avrasıya klinikasının yanında rahat marketlə yanaşı
  • Stabil iş yeri, peşəkar və mehriban kollektiv

Müraciət qaydası:

Uyğun namizədlərdən CV-lərini mövzu yerində “Satınalma üzrə Mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.