İşin təsviri
Vəzifə öhdəlikləri:
- İstehsalat xəttində istifadə olunan avadanlıqların və maşınların hissə və alt qurğularının sökülməsi və yığılması;
- İstehsalat prosesində yarana biləcək mexaniki nasazlıqların əvvəlcədən aşkarlanması və qarşısının alınması məqsədilə mütəmadi texniki yoxlamaların aparılması;
- Profilaktik texniki xidmət işlərinin həyata keçirilməsi (yağlama işləri, filtr və keçələrin dəyişdirilməsi, nasos və klapanların yoxlanılması);
- Metal kəsmə, formalaşdırma və termiki emal proseslərində istifadə olunan avadanlıqlarda yaranan nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması;
- Avadanlıqların işləmə prinsiplərinə uyğun olaraq istehsalçının texniki təlimatları və təhlükəsizlik qaydalarına əsasən təmir və baxım işlərinin yerinə yetirilməsi;
- İş yerində və ətraf mühitdə təmizliyə və nizam-intizama riayət olunması;
- Təhlükəli sahələrdə, o cümlədən hündürlükdə və dar məkanlarda təhlükəsizlik qaydalarına uyğun şəkildə işləmək;
- Ağır hissələrin daşınması zamanı forkliftdən istifadə edərək təhlükəsizlik qaydalarına əməl etmək;
- Görülən texniki xidmət işləri üzrə gündəlik qeydiyyat aparmaq və müvafiq hesabatlar hazırlamaq;
- İstehsalatda texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək;
- Yerinə yetirilən işlər və işin gedişatı barədə birbaşa rəhbərinə mütəmadi məlumat vermək.
Namizədə tələblər:
- Mexanika, maşınqayırma və ya əlaqəli sahə üzrə peşə təhsili;
- Avadanlıqlara texniki xidmət sahəsində minimum 3 il iş təcrübəsi;
- İstehsalat və ya sənaye mühitində iş təcrübəsi üstünlükdür;
- İngilis dili biliyi üstünlükdür;
- Əsas kompüter bilikləri;
- Pnevmatika və hidravlika üzrə biliklər;
- Hündürlükdə və dar məkanlarda işləmək bacarığı;
- Forklift idarə etmək hüququnu təsdiq edən müvafiq diplom və ya sertifikat.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.