Xərclər üzrə analitik

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 22.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Şirkətin administrativ xərclərinin məhsullar və xərc əmsalları üzrə bölünməsini icra etmək;
  • Sığorta məhsulları üzrə hesablanmış xərc əmsallarının təhlili;
  • Xərclərin analizi üzrə mütəmadi olaraq təhlillərin aparılması və bu barədə hesabatların hazırlanması;
  • Xərclər üzrə il sonuna gözlənilən proqnozların hazırlanması və büdcə ilə kənarlaşmaların təhlil edilməsi;
  • Büdcə prosesində xərclərin müəyyən edilməsində iştirak etmək, zəruri təhlilləri yerinə yetirmək;
  • Şirkət daxili struktur dəyişikliyi və ya proses dəyişikliyi olduğu halda xərc effektivliyini ölçmək;
  • Şirkət daxili əhəmiyyətli layihələr və ya peşəkar xidmətlər üzrə çəkilmiş xərclərin effektivliyini ölçmək – zərurət olduqda;
  • Şirkət daxili administrativ xərclər üzrə qənaət (cost saving) imkanlarını aşkar etmək və xərc qənaəti üzrə təkliflər irəli sürmək;
  • Şirkət daxili xərclərin aylıq hesabat üçün hazırlanması və analiz edilməsi, büdcə ilə fərqlərin təhlil edilməsi

Namizədə olan tələblər:

  • İş təcrübəsi:  Xərclərin analiz olunması vəzifəsi üzrə 1 il iş təcrübəsi tələb olunur. (Ümumilikdə maliyyə sahəsi üzrə 2 il iş təcrübəsi)
  • Təhsili/ixtisası: Maliyyə, iqtidasiyyat, mühasibatlıq, riyaziyyat ixtisasları üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Power Point, Word) :əla. SQL, Power Bİ - arzuolunandır
  • Üstünlüklər: Sertifikasiya/lisenziya: ACCA - MA, FA, PM və FR imtahanlarlarını uğurla tamamlaması. CMA, CCP (Certified Cost Professional) - arzuolunandır.
  • Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası: Namizədlər keçiddən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

https://pasha-life.az/about?lang=az#career

İşəgötürənin reytinqi