Satınalma üzrə mütəxəssis

  • Elanın qoyulma tarixi: 16.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş məlumatları:

  • Qida sahəsi üzrə xammal və köməkçi material, avadanlıqların daxili və xarici bazarı araşdırmaq, monitorinq aparmaq, tədarükçülərlə əlaqələr qurmaq və danışıqlar aparmaq
  • Satın alınması üçün nəzərdə tutulan məhsul nümunələrinin gətirilməsini təşkil etmək
  • Satın alınması nəzərdə tutulmuş malların alışları barədə qiymət danışıqlarını aparmaq, razılaşmaların ən sərfəli şərtlərdə müəyyən olunmasına çalışmaq
  • Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
  • Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
  • Satınalma müqavilələrini  hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq
  • Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
  • Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək
  • Sifariş verilən  malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək
  • Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq
  • Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq
  • Hər həftə təyin olunmuş gündə yükləmə məlumatlarını proqram təminatına daxil etmək, yüklərin hərəkətini izləmək, mütəmadi olaraq rəhbərinə məlumat vermək
  • Tədarükçü firmalardan yükləmə sənədlərini alaraq gigiyenik, idxal, baytarlıq və s. sertifikatların alınması üçün Keyfiyyətin İdarə Olunması struktruna təqdim etmək
  • Yükləmə sənədlərini tədarükçüdən aldıqdan sonra yoxlamaq, gömrükləmə üçün nəzərdə tutulmuş qovluqda yerləşdirmək
  • Mədaxil aktını hazırlamaq və anbara göndərmək, malların miqdar, çeşid, keyfiyyət və digər xüsusiyyətlərində hər hansı çatışmazlıq aşkar olunarsa rəhbərinə məlumat vermək və müqavilədə müəyyən edilmiş qaydalara əsasən müvafiq addımlar atmaq
  • Müqavilələrin  müəyyən olunmuş qaydada  imzalanmasını təşkil etmək
  • Xarici bazarlarda yeni mallar üzrə araşdırmalar aparmaq, satınalmalar üzrə daha səmərəli təkliflər hazırlayaraq rəhbərinə təqdim etmək
  • Alternativ tədarükçülərin siyahısını daim işlənmiş və yenilənmiş vəziyyətdə saxlamaq
  • Fəaliyyəti üzrə arxivləşdirməni təşkil etmək

Tələblər:

  • İş təcrübəsi : 3 ildən 5 ilə qədər
  • Yaş : 25 - 35
  • Ali təhsil;
  • Analoji sahə üzrə minimum 3 illik iş təcrübəsi;
  • MS Office xüsusəndə Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
  • İngilis və rus dili bilikləri
  • Bazarı təhlil etmək bacarığı
  • Danışıqların aparılması bacarığı
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları

İş şəraiti:

  • İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Servis xidməti mövcuddur;
  • Əmək haqqı: müsahibə əsasında
  • İş qrafiki: 5 günlük, 09:00-18:00

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Satınalma üzrə mütəxəssis" qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.