Baş aşbaz

  • Café de Baku
  • Elanın qoyulma tarixi: 25.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etməli;
  • Menyuları  tərtib etməli, menyu mühəndisliyini bilməli, texnoloji kartları hazırlamalı, tədbirləri idarə etməyi bacarmalı;
  • Aşbazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmalı, yemək hazırlamaq sahəsində   olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirməli;
  • Sanitariya qaydalarına yüksək səviyyədə riayət etməli və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etməli;
  • Mətbəx işçilərinin işini əlaqələndirməli;
  • Reseptlərə əsasən yeməklərin bişirilməsinə nəzarət etməli;
  • Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvaların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamalı;
  • Gün ərzində gərəkli olan bütün ərzaqları öncədən bildirməli;
  • İstifadə olunacaq inqrediyentlərin təmizliyinə və yüksək keyfiyyətdə olmasına nəzarət etməli;
  • Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etməli;
  • Həftəlik menyunu tərtib etməli, mətbəxdə çalışan işçiləri idarə etməli və iş bölgüsü aparmalı;
  • Menyu üçün xammalın miqdarını müəyyən etməli və hazırlamalı, reseptlərə və texniki şərtlərə uyğun olaraq keyfiyyət və üslub tələblərini təyin etməli;
  • Ərzaq üçün aydın, tam və şəraitə uyğun yoxlama iş siyahısı hazırlamalı;
  • Alınan məmulatların kəmiyyətini və keyfiyyətini yoxlamalı;
  • Menyu tələbləri və işin rolları barədə qrupun digər üzvləri ilə müzakirə aparmalı;
  • Dəqiq miqdarda və müxtəlif ərzaq xidmətinin mövsümü tələblərinə uyğun olaraq ərzağı sifariş etməli.

Tələblər:

  • Müvafiq pozisyada ən azı 5 il iş təcrübəsi;
  • Yaş : 28-45
  • Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etmək;
  • Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilmək;
  • Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilmək;
  • İş saatlarında çevik olmaq, gərgin iş qrafikində dəqiq və səmərəli işləmək;
  • Beynəlxalq və milli mətbəxi peşəkar səviyyədə bilmək;
  • Menyu tərtib etmək və menyu mühəndisliyini bilmək;
  • Mətbəxdə çalışan işçiləri idarə etməli və iş bölgüsü aparmağı bacarmaq;
  • Ünsiyyət qurma bacarığı olmalı;
  • Büdcəni tərtib etmək və ona nəzarət etmək;
  • Yeməklərin maya dəyərini hesablamaq.

Əmək haqqı: 1200-1500 AZN

İş qrafiki: 6 günlük iş qrafiki

İş saatı: 10 saat

Təminatlar:

  • Həftədə 1 gün istirahət;
  • Şirkət tərəfindən naharla təmin edilmə;
  • AR Əmək Məcəlləsinə uyğun işə qəbul.

Ünvan: Bakı şəhəri, m/s Elmlər Akademiyası, Bakı Dövlət universitetinin çıxışı, Z.Xəlilov 25a.

Email: [email protected]

Namizədlərdən öz şəkilli CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.