İşin təsviri
Biz — insanların sağlamlığını düşünən və kalori dəyərləri dəqiq hesablanmış, dadlı və balanslaşdırılmış sağlam qidalar təqdim edən bir komandayıq. Artan sifarişlər səbəbindən komandamıza məsuliyyətli və sağlam həyat tərzini bölüşən bir aşpaz axtarırıq
Vəzifələr:
- Hazır texniki kartlara əsasən yeməklərin (səhər yeməyi, nahar, şam və qəlyanaltılar) hazırlanması
- İnqrediyentlərin dəqiq çəkilməsi və reseptlərə tam riayət edilməsi
- Yeməklərin keyfiyyətinə, dadına və görünüşünə nəzarət
- İş yerində təmizlik və qaydanın qorunması
- Sanitariya normalarına və istehsal standartlarına riayət etmək
- Komanda ilə işləmək və mətbəx proseslərinin təkmilləşdirilməsində iştirak
Tələblər:
- Aşpaz kimi iş təcrübəsi (sağlam və ya fitnes qidalanma sahəsində təcrübə üstünlükdür)
- Diqqətlilik və dəqiqlik, xüsusilə inqrediyentlərin çəkilməsində
- Məsuliyyətli və punktual olmaq
- Dinamik iş mühitinə uyğunlaşa bilmək
- Yaş həddi: 50 yaşa qədər
Şərtlər:
- Ünvan: Mehdi Hüseyn küçəsi 86
- Əmək haqqı: 750 manatdan başlayaraq — iş təcrübəsi və bacarıqdan asılı olaraq artır
- Sağlam qidalanma sahəsində inkişaf imkanı
İş qrafiki:
- 1-ci növbə: 07:00 – 15:00
- 2-ci növbə: 15:00 – 23:00
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Qəbul yalnız CV əsasında aparılır.